Ruslan Nəsirli: "Özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmaq istəyirəm"

26.08.2013 | 5556 dəfə oxunub

2-ci dəfə "Trabzonspor"un düşərgəsinə yollanan Ruslan Nəsirli "Sumqayıt" Futbol Klubunun rəsmi saytına fikirlərini bildirib. Stadium.az xəbər verir ki, 18 yaşlı futbolçu Türkiyənin dörd ən böyük klublarından birində forma geyinməyin böyük fəxr olduğunu deyib: "Çox sevinirəm ki, "Trabzonspor"dan növbəti dəfə təklif almışam. Bir azərbaycanlı futbolçu kimi Türkiyənin dörd ən böyük klublarından birində forma geyinmək həqiqətən böyük fəxrdir. Sözün açığı, ilk dəfə Trabzona yollanarkən özümü yaxşı tərəfdən göstərə bilmişdim. Hətta yoxlama oyunlarında fərqlənmişdim. Lakin bu kluba keçidimin baş tutmamasının əsas səbəbi "Trabzonspor"da rəhbərliyin və məşqçi korpusuunun dəyişməsi oldu. Yeni rəhbərlik növbəti dəfə mənim üçün "Sumqayıt" Futbol Klubuna məktub ünvanlayıb. Ümid edirəm ki, bu dəfə də özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmağı bacaracam. Mənim bu mərhələyə gəlib çatmağımda "Sumqayıt" Futbol Klubunun əməyi böyükdür. "Sumqayıt" gənclərdən qurulmuş bir komandadır. Misal üçün bir müddət əvvəl "Portu"ya yollanmış komanda yoldaşım Orxan Əliyevi qeyd etmək olar. "Sumqayıt" Futbol Klubu gənclər üçün böyük şansdır. Yaxın gələcəkdə bu klubun bir neçə üzvü böyük komandalarda forma geyinəcək. "Trabzonspor"dan qayıtdıqdan sonra milli komandanın düşərgəsinə qoşulacam. Əsas məqsədim yığmanın heyətində oktyabr ayında keçiriləcək seçmə mərhələdə özümü yaxşı tərəfdən göstərməkdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail