Tuyqun Nadirov: “Fişəng atılması nə vaxtdan yanğın sayılır?” Müsahibə

26.08.2013 | 9300 dəfə oxunub

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

- Lənkəran şəhər stadionunda “Neftçi” ilə görüşünüzdən sonra baş verənlərlə bağlı klubunuzun mövqeyi necədir?

- “Neftçi”ni yüksək səviyyədə qarşılayıb, eyni qaydada da yola salmışıq. Oyun vaxtı stadionumuzda təhlükəsizlik tədbirləri lazımi səviyyədə görülüb. Qonaq komanda və onun azarkeşlərinə, hakimlər briqadasına heç bir xətər yetirilməyib. Meydançaya kütləvi şəkildə yad əşya atılmayıb, azarkeş girməyib. İnsident stadionun çölündə baş verib. Küçədə baş verənlərə isə klubumuz cavabdehlik daşımır.

- Stadionda təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülmüşdüsə, “Neftçi” və Bakıdan gələn jurnalistlər niyə arenanı gecə saatlarında tərk etdilər?

- “Neftçi” bizim qonağımız idi. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov paytaxt klubundakı həmkarı Sadıq Sadıqovla birgə oyunu izlədikdən sonra oturub söhbət edirdilər. İnsident zamanı gözyaşardıcı qazdan istifadə olunduğu üçün 100 metr radiusda təsiri hiss olunurdu. Ona görə də qonaqlarımızın bir müddət stadionda saxlanılması qərara alındı.

- Stadionun daxilində heç bir ciddi insidentin baş vermədiyini iddia edirsiniz. Elə isə tribunada törədilmiş yanğın nədir?

- Bütün ölkələrdə futbol matçları zamanı və ya sonra azarkeşlər arasında insident yaşanır. “Xəzər Lənkəran” və “Neftçi” azarkeşlərinin münaqişəsi də bu qəbildən idi. İnsident zamanı tribunaya fişəng atıblar. Fişəng atılması nə vaxtdan yanğın sayılır?   

- Baş verənlərlə əlaqədar klubunuza ev oyunlarını azarkeşsiz keçirmə və hətta rəqiblərini neytral meydanda qəbul etmə cəzası verilsə, bunu necə qarşılayacaqsınız?

- Stadionumuzun daxilində heç bir ciddi insident qeydə alınmayıb. Nə baş veribsə, stadiondan kənarda olub. Sadəcə, bəzi mətbu orqanlar olayı qəsdən şişirdilər ki, “Xəzər Lənkəran” rəqiblərini boş tribunalar önündə və ya neytral meydanda qəbul etsin. Bütün bunlar isə gülünc arqumentlərdir.

- Sizcə, bu hadisələrin bünövrəsi mayın 28-də “Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilmiş oyunda qoyulmayıbmı?

- Mən hesab edirəm ki, baş verənlər hakimlərin müəyyən epizodlarda yanlış qərarlarına görədir. Təkcə mayın 28-də deyil, Topaz Premyer Liqasının III turunda “Qarabağ”la matçda qapımıza təyin olunan haqsız penalti, “Neftçi” ilə görüşdə futbolçularımıza göstərilən sarı vərəqələr, ümumiyyətlə, hakimlərin bəzi epizodlardakı qərarları tribunalara təsirsiz ötüşmədi. Azarkeşlərin hakimlərdən tələbləri haqlı idi. Amma dünənki olayları mayın 28-də baş verən insidentə cavab kimi dəyərləndirmək düzgün deyil.

- Mümkün münaqişənin qarşısını almaq üçün hansı tədbirləri görmüşdünüz?

- Oyundan əvvəl azarkeş qruplarımızın rəhbərləri ilə profilaktik söhbət aparmışdıq. Onları mümkün insidentlərdən çəkinməyə çağırmışdıq. Eyni zamanda polis əməkdaşları ilə təhlükəsizliyin təmin olunmasına dair görüşümüz olmuşdu.

lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail