Elxan Məmmədov: “İcazə verin bu sualınızı cavabsız qoyum” Müsahibə

26.08.2013 | 4813 dəfə oxunub

Avrokubok mövsümü yenicə başlasa da, demək olar ki, Azərbaycan klubları üçün artıq bitib. Son təmsilçimizQarabağın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində AlmaniyaAyntraxtına məlum məğlubiyyətindən sonra nəyəsə ümid etmək absurddu. Beynəxalq arenada hər bir oyunu finala bərabər tutulan milli komandamız isə hələ ki, dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışlarını davam etdirir. Qarşıda komandamızı hələ 3 oyun gözləyir. Mərhələ başa çatdıqdan sonra isə daha bir mühüm məqam diqqət mərkəzində olacaq. Böyük ehtimalla yığmada məşqçi dəyişikliyi baş tutacaq. Elə yaxınlarda İcraiyyə Komitəsndə qəbul olunan qərarlar da kifayət qədər maraq doğurur. Göründüyü kimi AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb bir çox məsələlərə aydınlıq gətirmək üçün kifayət qədər əsasımız var idi. Bir qədər irəliyə gedərək, onu da qeyd edim ki, ölkəmizdə futbol məmurları arasındaən yaxşı diplomatsorğusu keçirilsəydi heç şübhəsiz bu nominasiyanın qalibi məhz Məmmədov olardı. MəşhurYeddi oğul istərəmfilmindəki unudulmaz ifadələrdən birindən – “Gəlin bəyimizi çox intizarda saxlamayaq”, deyərək, keçək müsahibəyə... 

- İlk olaraq, AzərbaycanMalta görüşündən başlamaq istəyərdik. İsraillə oyun öncəsi bu görüşü necə qiymətləndirərdiniz?

- İlk növbədə onu qeyd edim ki, qələbə qazanmaq həmişə xoşdur. Ələxsus da böyük hesablı qələbə. Qoy olsun yoldaşlıq oyunu. Əsas odur ki, azarkeşlərimizi sevindirdik bu da öz növbəsində növbəti ev oyunlarına daha çox fanatın gəlməsini təmin edəcək. Elə uşaqların özləri üçün bu qələbə olduqca vacib idi. Nəzərə alsaq ki, bu, İsraillə rəsmi oyundan 20 gün öncə baş tutdu, məşqçi üçün xüsusi önəm kəsb edir. Çünki o da müəyyən çatışmazlıqları gördü, yəhudilərə qarşı hansı heyətin çıxacağını təxmin etdi. Eyni zamanda oyunun gedişatında 2-3 dəfə taktiki dəyişikliklərə əl atıldığının şahidi olduq. Bu da təbii ki, İsraillə oyun üçün hesablanmış gedişlər idi.

- İsrail Maltanın hansı oxşarlıqları var ki, -nin seçmə oyunundan öncə bu komanda yoxlama oyunu üçün sparrinq seçilmişdi? Ümumiyyətlə, yoldaşlıq oyunları üçün sparrinqləri kim seçir?

- Təəssüf ki, seçmə mərhələ ərzində milli komandalar 3-4 yoldaşlıq oyunu keçirə bilirlər. Hər bir komanda özünə münasib rəqib axtarsa da, bu, əksər hallarda baş tutmur. Məsələn, İsrail yığması Ukrayna ilə qarşılaşdı. Yəqin razılaşarsınız ki, Ukrayna futbolu bizim milli komandanın oyun dəst-xəttinə yaxın deyil. Almanlar Paraqvayla qarşılaşdı, məgər onların qrupunda Cənubi Amerikadan yığma var? Bu səbəbdən hər kəs münasib rəqib tapa bilmir. Hesab edirəm ki, yoxlama görüşləri yeni futbolçuların kəşfi bir sıra taktiki sxemlərin praktiki aşılanması üçün vacibdir.

Ötən il Fələstinlə qarşılaşdıqİsrailin coğrafi cəhətdən ən yaxın qonşusu. Əlbəttə, yenə fərqli komandalardı, lakin bir sıra fələstinli futbolçu İsrail çempionatında oynayır, istər-istəməz oxşarlıq var.

- Futbolçularımızın səfər sindromunu İsraillə məhz Vətəndən kənarda qarşılaşacağını nəzərə alaraq, yoxlama oyununu qonaq meydanda keçirmək daha məqsədəuyğun olmazdımı?

- Statistikaya nəzər salsaq, komandamız yoldaşlıq oyunlarının 65 faizini safərdə keçirir. Zənnimcə, bu da öz bəhrəsini verməkdədi. Götürək Şimali İrlandiyaya qarşı səfər matçını. Komandamız hesabı da açdı, 96- dəqiqəyədək öndə idi, layiqincə futbol oynayırdı. Rusiyaya qarşı da kifayət qədər inamlı oynadıq. Yalnız son dəqiqələrdə vurulan penalti hesabına Şimal qonşularımız qələbəni bayram etdilər. Bütün bu amilləri nəzərə alaraq, söyləyə bilərəm ki, bu strategiya bəhrəsini verir.

Etiraf edim ki, 6 ay öncə yoxlama görüşünün harada keçirilməsi üzərində baş sındırarkən, İsraillə qarşılaşmanı nəzərə alaraq, səfərdə oynamaq istəyirdik. Ancaq ölkə çempionatının yenicə başlanmasını klublarımızın Avropa arenalarında çıxış edəcəklərini göz önünə gətirərək, səfərə çıxmağın qeyri-məqbul addım olacağını düşündük.

- Yəqin azarkeşlərimizin milli komandamızın göstərdiyi nəticələrdən dərəcədə narazı olduqları barədə xatırlatmaya ehtiyac yoxu. Yığma komandamızın daim pis nəticələr göstərməsinin səbəbini nədə görürsünüz: psixoloji zəiflikdə, taktiki hazırlıqsızlıqda, fiziki göstəricilərin aşağı olmasında?

- Açıq danışaq. İlk növbədə problem milli komandada deyil! Fundamental təhlil aparmaq lazımdı. Əgər 23-24 yaşlı futbolçunun ustalığı çatışmır, ya ümumiyyətlə yoxdursa, bu, indinin problemi deyil, 12-13 ilin dərdidir. Statistikaya nəzər salaq: 11-12 yaşlı uşaqlarımız barədə bura gələn əcnəbi mütəxəssislər ağızdolusu danışırlar. Üstündən 1-2 il ötür həmin istedad barədə danışanlar bir qədər ehtiyatlı yanaşmağa başlayır. Artıq 16-17 yaşında isə həmin istedadın quyunun dibində olduğu müşahiə olunur. Bax buna görə , klublarımızın bütün yaş qrupları arasında keçirdiyimiz çempionatlarda iştirak etməsini tələb edirik. Uşaq vaxtından futbolçu daim meydanda olsa, futbol oynasa, onun istedadı itib-batmaz. Buna görə futbolçularda günah axtarmıram. İnsan vaxt psixoloji sıxıntı keçirir? Biləndə ki, bu işin öhdəsindən gələ bilməyəcək, insan psixoloji yük altına düşür. əksinə, futbolçu qələbələri sıralayırsa, istənilən rəqiblə oyuna yüksək motivasiya ilə çıxır. Bu amilləri nəzərə alaraq, uşaqlar, yeniyetmələr, gənclər hər gün məşq etməli, hər həftə futbol oynamalıdırlar. Yəni bu, bu günün yox, dünənin problemləri idi sabah bu çatışmazlıqlar olmasın deyə, çoxsaylı təlim-məşq toplanışları yoxlama oyunları, müxtəlif yaş qrupları üzrə ölkədaxili çempionatlar təşkil edirik.

O ki qaldı bilavasitə qoyduğunuz suala, hesab edirəm ki, dünyada elə bir azarkeş yoxdur ki, komandasından razı qalsın. Gedin ispan fanatını təbrik edin deyin ki, komandanız bütün mümkün titulların daşıyıcısıdır. Deyəcək, bu, dünən olmuşdu, bizi -2014 maraqlandırır. Braziliyalı futbolsevərlər həmçinin, deyəcəklər ki, olsun Konfederasiyalar Kubokunu qazandıq, bizi 6- dəfə dünya çempionu olmaq maraqlandırır. Yəni azarkeş istənilən finalda son fiti gözləyir komandası qalibdirsə 3-5 dəqiqə sevinir yenidən növbəti uğurları tələb edir. Bizdə baş verdi? Futbolumuza böyük investisiyalar yatırıldıqdan, kifayət qədər tanınmış əcnəbi mütəxəssislər gətirildikdən sonra hamı elə düşündü ki, möcüzə baş verəcək. Xeyr, belə deyil. Uğura ancaq mərhələ-mərhələ addımlayaraq çatmaq mümkündür.

- Bax indi uşaq futbolunun problemlərini qabartdınız. Bir çoxları bilmir ki, həmyerlimiz, Olimpiya Çempionu İqor Ponomaryov İsveçNorçöpinqin 14 yaşlılardan ibarət komandasının baş məşqçisi kimi bu ölkənin çempionu titulunu qazanıb. Nəyə görə onu məhz yeniyetmələrlə işə cəlb etməyəsiniz?

- Açığı, Ponomaryovla kifayət qədər sıx əlaqələrimiz var, tez-tez zəngləşirik, Bakıda olanda isə mütləq görüşüb, saatlarla futbol barəsində fikir mübadiləsi aparırıq. Bu mövzuda da danışmışıq. O, hansısa böyük Avropa klubunun burda akademiyası açılacağı təqdirdə, gəlib çalışmağa hazır olduğunu bildirib. Bir sıra tanınmış futbol akademiyaları ilə danışıqlarımız davam edir böyük ehtimalla bu ilin sonunadək hansı iləsə əməkdaşlığa start verəcəyik.

- Uzun müddətdir ki, Azərbaycan millisinin 2016- il Avropa çempionatının final mərhələsinə hazırlanması barədə söhbətlər gedir. Ancaq bizjurnalistlər inadla bildiririk ki, bu, mümkün məsələ deyil. İndi həmin vaxta cəmi 1 tsikl qalır ortaya Foqtsu yola salmaq ideyası atılır. Bu, AFFA-nın özünü sığortalamasıdır?

- Xeyr, biz bu gün deyirik ki, belə bir arzumuz var. 2016- ildə iştirakçılarının sayı 24-ə çatdırılacaq. Biz hər bir özünə hörmət edən təşkilat kimi, qarşımıza maksimum hədəflər qoyuruq. Mən əminəm ki, 2008-ci illə müqayisədə millimiz nəzərəçarpacaq irəliləyişə nail olub. Diqqət yetirin, qədər milliləşdirilmiş futbolçular var idi heyətdə, bəs bu gün? Heyətimiz kifayət qədər gəncləşdirilib. Götürün elə Qara Qarayevi. Aşağı yaş qrupları milli komandalarımızdan keçə-keçə əsas millidə özünə yer etməyi bacarıb. Maksim Medvedev, Rüfət Dadaşov, Rauf Əliyev, Araz Abdullayevbütün bu uşaqlar növbəti 6-7 ildə millimizin şərəfini qoruyacaqlar.

- Bütün bunlara sözüm yox, ancaq statistika kordu. İK Foqtsu milliyə təsdiq etdikdə komandamız necə idisə, elə indi 2-ci yüzlükdə papağını günə verir.

- Yox, gəlin bir qədər fərqli yanaşaq. O komanda maksimum 4-5 xal qazanırdısa, bu milli 7 xal toplamağı bacarıb. Statistika deyiriksə, biz Foqtusn dövründə 97-ci olduq bir neçə ay ərzində ilk 100-lükdə qərarlaşdıq. Gəlin real yanaşaq, hər uğura addım-addım gedilir. Həmin komandanın orta yaşı 30 idi perspektivindən danışmağa dəyməzdi. Bu gün millinin əsasını 22-23 yaşlı gənclər təşkil edir. Futbol perspektivə hesablanır. Yəni gələcəyin komandasını qururuq. Həmin dövrdə gəncləri heyətə cəlb etdik. Finlandiya ilə rəsmi oyunda 17 yaşlı Araz Abdullayev 25 dəqiqə meydanda oldu. Məgər bu, məşqçi riski deyil? Lakin bu addımlar atılırdı bu gün Arazın timsalında millinin güclü cinah yarımmüdafiəçisini görürük.

Bəxt amilindən danışmağı sevmirəm. Ancaq gəlin cari tsikli xatırlayaq. Şimali İrlandiya ilə 96- dəqiqədə 2 xal itirdik, Lüksemburqu udmalıl idik. Təəssüf ki, qeyd etdiyiniz kimi, statistik göstəricilərəəgərifadəsini əlavə etmək olmur.

- qədər yan keçsəm , Foqts məsələsinə toxunmaya bilmirəm. Ölkəmizdə hətta fiqurlu konkisürməylə maraqlanan şəxsdən belə soruşsanız, deyəcək ki, Foqts getməlidir. Razılaşın ki, 5 il nəticə qazanmayan milli komanda üçün həddən artıq çoxdu...

- Bu, İK-nın qərarıdı. Mən müdaxilə edə bilmərəm. İndiyə qədər İK-nın heç bir üzvü Foqtsla müqaviləyə xitam verilməsi ilə bağlı təklif irəli sürməyib. Lüksemburqla oyundan sonra mənə bir çox zənglər oldu hamı soruşurdu ki, Foqts ərizəsini yazıbmı? Mən baş katibəm, İK üzvləri belə təşəbbüsdə bulunmayıbsa, mən edə bilərəm? Müqavilə var bu anlaşmaya əsasən mütəxəssis anlaşmanın sonunadək işini davam etdirməlidir. İlin sonuna yaxın müzakirələr aparacağıq onda məlum olacaq, Foqts qalır, yoxsa gedir.

- Olsun. Onda gəlin sualı bir qədər fərqli qoyaq. AFFA-nın baş katibi növbəti seçmə mərhələdə millininsükanı arxasında yerli, yoxsa əcnəbi mütəxəssisi görür?

- Bilirdim, hərləyib-fırlayıb bu suala gətirəcəksiniz. Ancaq jurnalistika gününə həsr olunmuş tədbirdə qeyd etdiyim kimi, deyəcəm yerli mütəxəssis, ertəsi gün məşqçilərimiz zəng vurmağa başlayacaqlar ki, kimi nəzərdə tuturdunuz, deyəcəməcnəbi, yenə zənglər başlayacaq. Hətta deyərdim ki, cavab vermək ürəyimdən keçir, ancaq yuxarıda qeyd etdiyim səbəb üzündən, icazə verin bu sualınızı cavabsız qoyum.

- Jurnalistlərin bayramını təbrik etdiyiniz görüşü xatırlatdınız. Mən həmin görüşə qayıtmaq istərdim. Daha doğrusu orda verdiyim suala: İK 1-ci dəstədə çıxış edən yaşlı futbolçulara limit tətbiq etdi. Rusiyada isə elitada iştirak edən komandaların gənclər arasında çempionatı keçirilir. Məgər analoji addımı atıb, yaşlı futbolçuların 1-ci dəstədə iştirakını təmin etmək daha məqbul olmazdımı?

- Hesab edirəm ki, biz hələ bu mərhələyə gəlib çatmamışıq. Müəyyən dövrdən sonra 1-ci dəstədəki 21 yaşlı, ehtiyatda oturan gənclər elitada ara-sıra əsas heyətdə görünən oyunçuların sayı kifayət qədər olsa, biz buna gəlib çatacağıq. Bir gündə buna nail olmaq mümkün deyil.

- Yadınıza 2007-ci ildə Sizdən götürdüyüm müsahibəni salmaq istəyirəm. O vaxtNəyə görə Şotlandiya modelini götürmürsünüz? Axı az komandanın iştirakı ilə keçirilən çempionatda, klubların səviyyəsi daha yüksək olur nəticədə rəqabətədavamlı komandalar formlaşır”, sualını vermişdim. Üstündən 6 il keçdikdən sonra bu modeli tətbiq etdiniz. Elə həmin müsahibə zamanı çempionatı iqlimə uyğunyaz-payız sisteminə keçirməklə bağlı sual da vermişdim. Fikrimi klubların abrokuboklarda daha yaxşı çıxış etməsi üçün bu addımın atılmasının zəruriliyi ilə əsaslandırmışdım. Axı mövsüm başa çatdıqdan sonra klublarımızın əksəriyyəti heyətə kifayət qədər futbolçu cəlb edir, heyət normal oturuşmamış Avropada ölkəmizi təmsil edirlər. Nəticədə, uğursuzluğa düçar olurlar...

- Bax deyirsiniz ki, gəlin sistemi dəyişək. Nəyə görə klublarımızı peşəkarlığa çağırmırsınız, ancaq sistemi onlara uyğun dəyişdirilməsini təklif edirsiniz?.. Tədricən klublarımız peşəkarlaşır. Ardıcıl 2-ci ildir ki, bir təmsilçimiz pley-offa qədər irəliləyir. Hesab edirəm ki, bu, böyük uğurdur.

O ki qaldı sualınızın birinci hissəsinə, biz buna mərhələ-mərhələ gəldik. O vaxt 14 klub oynayırdı. Neçə ilə buna çatdıq. Amma buna da ağız büzənlər var, deyirlər ki, futbolçular işsiz qalır. Axı Premyer Liqa ən elitar klubların mübarizə apardığı çempionatdı. Burda zəiflərə yer yoxdu! Hər halda bu düzgün addımdır. Ötən həftəSumqayıt” – “Qəbələoyununda oldum. Bir daha bunun şahidi oldum ki, biz düzgün qərar qəbul etmişik. İndi Premyer Liqada zəif komanda yoxdu. Doğrudu, “Rəvanhələ ki, aktivinə xal yazdıra bilməyib, ancaq düşünürəm ki, bu, müvəqqəti haldır. Hər halda 2 turdan sonra baş məşqçi dəyişikliyini anlaya bilmirəm. Məşqçini ya çempionat bitdikdən, ya da dövrələrarası fasilə zamanı dəyişərlər. İki oyun uduzduqdan sonra məşqçi dəyişikliyi kluba fayda verə bilməz.

- “Turanborclarını ödəyə bilmədi, nəticədə adınaThərfini əlavə etməklə, güya ki, vəziyyətdən çıxdı. Azərbaycan əlifbasındakı hərflərin sayı çoxdu, belə çıxır ki, hər bir klub borclarını silmək üçün bu üslubdan istifadə edərək, fırıldağa əl ata bilər?

- Artıq 4 ildi bizTuranın maliyyə böhranında olduğunu bəyan edirik. Elə sizin həmkarlarınız da bizi ittiham edir ki, biz Tovuz futbolunu boğuruq. “Turanın borcları yığılıb qalıb, biz edək? Getmişəm Tovuza, mənə deyirlər ki, futbolçularımızı oğurlayıb aparırlar. Deyirəm, heç bir problem yoxdu, məcbur edərik qaytararlar, müqaviləsinin surətini mənə verin. Deyirlər ki, müqavilə bağlamamışıq axı. Bunu da Elxan Məmmədov gəlib etməlidi? Adınızı peşəkar klub qoymusunuzsa, xahiş edirəm peşəkar da hərəkət edin!

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail