"Neftçi" bəyanat yayıb
“Neftçi”
klubu bəyanat yayıb. Klubun saytında yer alan bəyənatı təqdim edirik:
- Azərbaycan
Premyer Liqasının III turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Xəzər Lənkəran”
matçında azarkeşlər arasında baş vermiş hadisələrdə “Neftçi” PFK-nın azarkeşlərinin adının
hallandırılması yolverilməzdir. Komandamızın uğurlarına kölgə salmağa çalışan bəzi
qüvvələr mətbuat və digər vasitələrlə ictimai rəyi çaşdırmaq istiqamətində
çalışırlar. 25.08.2013-cü il tarixində təşkil olunacaq “Xəzər Lənkəran” - “Neftçi”
oyunu öncəsi qızışdırıcı mövqe tutan bu qüvvələr iki klub arasındakı münasibətləri
korlamaq və azarkeşləri qarşı-qarşıya qoymaq üçün müxtəlif yollara əl atırlar.
Azərbaycanda futbolun inkişafına zərbə vurmaq niyyətində olan bu insanlar
idmana etnik qarşıdurma kimi ifadələri gətirməklə ictimai asayişi pozmağa səy
göstərirlər.
“Qarabağ”
və “İnter” klublarının UEFA Avropa Liqasında oyunlara yüksək səviyyədə hazırlaşması
üçün “Neftçi” PFK rəhbərliyi İ.Qayıbov adına stadionu klubların ixtiyarına
vermiş və hər iki klubun rəhbərliyi “Neftçi” PFK-ya öz minnətdarlığını
bildirmişlər. Bununla yanaşı komandamızın çoxminli azarkeşləri “Qarabağ”ı beynəlxalq
oyunlarda dəstəkləyərək onların uğurlarında pay sahibi olublar.
“Neftçi”
PFK olaraq bir daha bəyan edirik ki, xoşagəlməz hadisələrdə “Neftçi” PFK-nın
adının hallandırılması futbolumuza deyil, ümumilikdə dövlətçiliyimizə xələl gətirmək cəhdləridir.
“Neftçi”
PFK olaraq tələb edirik ki, “Qarabağ” - “Xəzər Lənkəran” görüşündə azarkeşlər
arasında baş vermiş hadisələr tam dəqiqliyi ilə araşdırılsın (əgər varsa
videogörüntülərlə) və günahkarlar öz layiqli cəzalarını alsınlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |