"Neftçi"nin vitse-prezidenti: "Xəzər Lənkəran" adına layiq olmayan yerdədir"

21.08.2013 | 4893 dəfə oxunub

"Xəzər Lənkəran"a dünya səviyyəli Con Toşak rəhbərlik edir. "Neftçi" isə hazırda çempionatın liderlərindən biridir". Stadium.az-a verdiyi açıqlamada bu sözləri "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. Klub rəsmisi sözünə belə davam edib: "Lənkərandakı matçdan gözəl oyun gözləyirəm. Düzdür, "Xəzər Lənkəran" indi adına layiq olmayan yerdədir. Komanda hələ də özünə gələ bilmir. Onlar bizimlə görüşə dönüş matçı kimi baxırlar".

"Son turda əksər komandalar - "Neftçi"də daxil olmaqla hakimlikdən narazı qaldılar. Bu dəfə də eyni halın yaşanacağından narahat deyilsiniz ki" sualını isə Tahir Süleymanov belə cavablandırıb: "Son zamanlr hakimliyimizin durumu yaxşıdır. AFFA və PFL rəhbərliyi hakimlərin inkişafı üçün əllərindən gələni edirlər. İndi hakimlərimiz təkcə Türkiyədə deyil, eləcə də Polşa, Sloveniya kimi ölkələrdə hazırlıq keçirlər. Hər şey yüksək səviyyədidir, təhlükəsizlik, təşkilatçılıq. Bütün bunları nəzərə alaraq, ümid edirəm ki, Lənkəranda hakimliklə bağlı hər hansı bir problem yaşanmayacaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail