Con Toşak: "Hamınız bu oyuna hazır olmalısız!"

21.08.2013 | 4347 dəfə oxunub

Dünən Lənkərandakı bazasında toplaşan “Xəzər Lənkəran” axşam məşqi ilə “Neftçi" ilə oyunun hazırlığına start verdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın IV turunda “Neftçi”ni qonaq edəcək cənub klubu bu oyuna dönüş nöqtəsi kimi baxır. Təsadüfi deyil ki, axşam məşqində Con Toşak yetirmələrini məşq ortasında iki dəfə fiziki çalışmalarla yorub, “Bazar gününə çox var və hamınız bu oyuna hazır olmalısız!” deyərək motivasiya etməyə çalışdı. Bu gün “Xəzər Lənkəran” gün ərzində daha iki məşqə çıxacaq ki, səhər məşqini artıq yekunlaşdıran komandada qapı xətti istisna olmaqla zədəli futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamdır. Təkcə Duqlas Leyte və Orxan Sadıqlının zədələri davam edir və komandanın tibb korpusu hər iki futbolçunun bərpası üçün səylərini davam etdirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail