"Ayntraxt"ın qapıçısı: "Bakıda 0:0 hesablı heç-heçə də pis nəticə sayılmaz"

21.08.2013 | 4096 dəfə oxunub

Sabah Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayntraxt"ın qapıçısı Kevin Trapp qarşıdakı oyun haqda danışıb. Stadium.az xəbər verir ki, Almaniya mətbuatına verdiyi açıqlamada 23 yaşlı qolkiper paytaxtımızda qələbə qazanmağa çalışacaqlarını qeyd edib: "Bizi Bakıda nə gözlədiyini heç kim bilə bilməz. Amma “Qarabağ”la oyunu səbirsizliklə gözləyirik. Biz sübut etməliyik ki, doğru yolda olan yaxşı komandayıq. “Qarabağ”ı Bakıda məğlub etmək əla olardı. Orada 0:0 hesablı heç-heçə də pis nəticə sayılmaz. Amma əgər rəqibimizə iki-üç qol vursaq, hər şey qaydasına düşəcək".

Qeyd edək ki, 23 yaşlı qapıçı 2012-ci ildən "Ayntraxt"da forma geyib. O, Frankfurt təmsilçisinin heyətində 26 matçda çıxış edir. Trapp eləcə də Almaniyanın U-21 millisinin şərəfini qoruyur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail