"Xəzər Lənkəran" PFL və hakimlərə xəbərdarlıq etdi
"Xəzər Lənkəran" klubu dünən Premyer Liqanın III turu çərçivəsində "Qarabağ"a qarşı baş tutan görüşün baş hakimi Rəhim Həsənovun idarəçiliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, bununla bağlı bir qədər əvvəl klubun rəsmi saytında ”Xəzər Lənkəran” Futbol Klubu etiraz edir" başlıq xəbər yer alıb. Həmin xəbəri olduğu kimi təqdim edirik:
"Premyer
Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran"
qarşılaşması ən çox aşağı səviyyəli hakim idarəçiliyi ilə yadda qaldı. Baş
hakim Rəhim Həsənovun oyun ərzində yanlış və bir qayda olaraq qonaq komandanın əleyhinə
yönələn qərarları qarşılaşmanın nəticəsinə də təsirsiz ötüşmədi. İlk qolun
vurulmasından öncə təyin olunan cərimə zərbəsində, oyunun gedişatında Sadio
Tounkaraya qarşı edilən kobudluqlara göz yumulmasında hakimin oyunu düzgün şəkildə
idarə etmədiyini tam aydınlıqla müşahidə etmək mümkündür. İkinci hissədə
"Xəzər Lənkəran"ın qapısına təyin olunan penalti isə ümumiyyətlə heç
bir əsas olmadan verilən bir qərardır. Bütün bunların oyunun videoyazısında da
görmək mümkündür.
Oyundan
dərhal sonra "Xəzər Lənkəran" baş hakim Rəhim Həsənovun idarəçiliyi
ilə bağlı bütün narazılıqları oyunun protokoluna qeyd etdi.
"Xəzər Lənkəran" Futbol Klubu adıçəkilən oyundakı hakimliyə etirazını bildirir. Premyer Liqa oyunlarında bu səviyyəli idarəçiliyin olması yolverilməzdir. Komandanın hazırkı dönəmdə istədiyi oyunu göstərə bilməməsi, son nəticələrinin aşağı olması və bunlardan irəli gələn digər müvəqqəti problemlər olsa belə, heç kim "Xəzər Lənkəran"ın bu durumundan öz məqsədləri üçün istifadə edə bilməz, heç kim komandanın çətin günündə onu bir qədər də çətin vəziyyətə salmaq iqtidarında və ixtiyarında deyil. "Xəzər Lənkəran" FK baş verənlərlə əlaqədar Peşəkar Futbol Liqası və Hakimlər Komitəsinə ciddi xəbərdarlıq edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |