Toşak 1 milyon dollarla gedir, yerinə Rednik gəlir

18.08.2013 | 7500 dəfə oxunub

Con Benjamin Toşakın “Xəzər Lənkəran”a gəlməsindən sonra uesli mütəxəssisin komandaya gəlişi daxildi birmənalı qarşılanmamışdı. Ancaq Toşakı komandaya klubun sahibi Mübariz Mənsimov gətirdiyindən, onun istəyinə qarşı kimsə çıxmadı.

Avropa Liqasında “Xəzər Lənkəran”ın biabırçı çıxışından sonra Toşakı komandadan göndərməyə çalışsalar da, Mübariz bəyin “yox” sözü yenə həlledici oldu. Hətta klubun vitse-prezidenti Tuyqun Nadirovun komandanın rumıniyalı keçmiş baş məşqçisi Mirça Redniklə danışdığı da söyləntilər arasındadır. Bütün cəhdlərə baxmayaraq, Mübariz Mənsimov Toşakın “Xəzər Lənkəran”da qalmasında isarar edirdi. Premyer Liqanın ilk iki turunda “Xəzər Lənkəran”ın “Sumqayıt” və “Simurq” qarşısında qələbəyə həsrət qalması isə vəziyyəti dəyişib. Deyəsən, artıq Mübariz Mənsimovda fikrini dəyişib. Kluba yaxın mənbədən aldığımız məlumata görə, klubun sahibi bildirib ki, qarşıdakı üç oyunda – “Qarabağ”, “Neftçi” və “Qəbələ” matçlarında sərfəli nəticə qazanılmazsa Toşakla yollar ayrılacaq. Hətta bu barədə baş məşqçinin özüylə da danışıq olub və Toşak bildirib ki, müqavilədə nəzərdə tutulan təzminatın ən azından 1 milyon dolları verilməsə, istefa verməyəcək və Mübariz bəy də bununla razılaşıb. “Xəzər Lənkəran” bir neçə saat sonra “Qarabağ”la üz-üzə gələcək. Qarşıdakı turda Lənkəranda “Neftçi”ni qəbul edəcəksə, 5-ci tur səfərdə “Qəbələ”nin qonağı olacaq Cənub təmsilçisi çətin ki, bu oyunlardan sərfəli nəticə çıxarda bilə. Bu səbəbdən də Toşakla yolların ayrılacağını indidən söyləmək olar. Əvvəlcədən də gözlənildiyi kimi yeni baş məşqçi isə Mirça Rednik olacaq. Hətta onu da öyrəndik ki, Mübariz Mənsimov “Neftçi”ylə oyundan sonra Redniki qəbul edəcək.

"Xəzər Lənkəran" rəhbərliyi Redniki komandaya qaytarmaqla azarkeşlərlə klub arasında olan uçurumu yox etmək istəyir. Çünki Cənubda bütün fanat ordusu Mirçanın komandaya qaytarılmasını tələb edir və bu baş vermədiyi üçün hətta stadiona da gəlmirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail