"Rəvan" "Bakı" ilə oyuna hazırdı

18.08.2013 | 4738 dəfə oxunub

Premyer Liqanın 3-cü turunda "Rəvan” rəqib meydanında "Bakı” ilə qarşılaşacaq. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş öncəsi komanda son məşqinə çıxıb. Meydan sahiblərinin təlim-məşq bazasının stadionunda baş tutan hazırlıq 1 saat çəkib. Oyunöncəsi son hazırlıqda baş məşqçi Vladislav Qədirov yetirmələrinin toplu çalışmalarına xüsusi diqqət ayırıb. Qapıçılar Lukaş Sapela və Fuad Əhmədov isə qapıçılarla işləyən məşqçi Kamil Qafarovun rəhbərliyi altında ayrıca məşq edib. Futbolçular taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib.

Komandanın heyətində ilk turda "Simurq” ilə oyunda dizindən xəsarət alaraq ilin sonuna qədər sıradan çıxan Tofiq Mikayılovdan başqa zədəli futbolçu yoxdur. Amma Miloş Adamoviç "Neftçi” ilə oyunda ikinci sarı vərəqə almaqla meydandan qovulduğundan bu görüş üçün cəzalı durumdadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail