"Qəbələ" yeni sponsorla əməkdaşlığa başlayır
“Qəbələ” İdman Klubu ilə
“Pepsi Cola Azerbaijan” arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İdman
Klubunun bütün futbol komandaları 2013-2014 mövsümündə üzərində “Pepsi”
reklamı əks olunan formalar geyinəcək. Stadium.az xəbər verir ki, “Pepsi”
reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı
reklam lövhələrində və oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində
də yerləşdiriləcək.
Bundan əlavə, hər iki
qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında
bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
“Pepsi Cola Azerbaijan”
şirkətinin satış və marketinq müdiri Azər Cəfərov əməkdaşlıqla bağlı bu
fikirləri səsləndirdi:“İdman və xüsusilə, futbol “Pepsi” üçün yad sahə
deyil. Hamıya məlumdur ki, “Pepsi” bugünə qədər bir çox mötəbər beynəlxalq
yarışın sponsorlarından olmuşdur. Azərbaycanda bu fəaliyyətə “Qəbələ” İdman
Klubu ilə başlamağımız da təsadufi deyil. Xüsusən, “Qəbələ” klubunun uşaq
futboluna göstərdiyi qayğının şirkətimizin sosial məsuliyyət fəaliyyəti ilə səsləşməsi
diqqətimizi cəlb etdi. Müqavilə hələlik bir illik imzalandı. Amma əməkdaşlığın
daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.
“Qəbələ” İdman Klubunun
Media və Marketinq meneceri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini
bildirərkən:“Pepsi Cola” kimi qlobal bir brendlə əməkdaşlıq etmək klubumuz
üçün çox mühüm hadisədir. Çünki bizim əsas məqsədimiz futbol sahəsində
ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə səbrlə və doğru addımlarla
çatmaq vacibdir. Şübhə yoxdur ki, bu əməkdaşlıq bu yolda bizə böyük bir təkan
verəcək”, - dedi.
Xatırladaq ki, “Qəbələ”
futbolçuları ötən 3 mövsüm ərzində də meydançaya bir digər qlobal brend
- “Hyundai” reklamlı formalarla çıxmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |