Böyükağa Hacıyev: "Qoy, buna Sadıq Sadıqov qiymət versin" Müsahibə

16.08.2013 | 3902 dəfə oxunub

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi.

- İstefanızdan sonra jurnalistlərlə danışmırdınız. Məğlubiyyəti həzm etməyə çalışırdınız?

- Müəyyən mənada. Mən Albaniya “Skenderbeu”suna məğlubiyyətə görə çox məyus olmuşdum.

- Bəs belə uğursuz çıxışa nə səbəb oldu?

- Əgər komanda uduzursa, günah baş məşqçidədi. “Neftçi” iyunun 20-də təlim-məşq toplanışına başladı. Biz ilk gündən fiziki yükləmələrə üstünlük verdik. Qarşımda Çempionlar Liqasında, Premyer Liqada və ölkə kubokunda uğurlu çıxış etmək hədəfi dururdu. İlk iki həftə bizim üçün əsl sınaq oldu. Çünki biz başqa komandaların 28 günə keçdiyi hazırlıq prosesini həmin müddətə sığdırdıq. Düşünürdüm ki, uşaqlar albanlarla ilk oyuna qədər özlərinə gələcəklər. Amma zaman göstərdi ki, bu istəyimiz özünü doğrultmadı.

- Mümkündü ki, hansısa futbolçular ümidləri doğrultmadılar?

- Futbolçu özünü oyuna motivasiya etməyi bacarmalıdı. Bəzi oyunçular həmin matçlara motivasiyasız çıxmışdılar. Onlar artıq özlərini növbəti mərhələdə hesab edirdilər. Yenilərə isə zaman lazım idi.

- Çoxları sizi cavab matçında Melvin Platyeni Elvin Yunuszadə ilə əvəzlədiyinizə görə tənqid edirlər. Çünki ondan sonra “Neftçi” hücumdakı üstünlüyünü tamamilə əldən verdi...

- Matçın sonuna beş dəqiqə qalmış İqor Mitreski qırmızı vərəqə aldı. Biz on nəfərlə qaldıq. Bəs mən belə olan halda nə etməliydim? Müdafiəni gücləndirmək və ən azı oyunu penaltilərə daşımaq lazım idi. Bəli, mən penalti seriyasını düşünürdüm. Amma rəqib komanda fərqlənməyi bacardı.

- “Neftçi”dən incik ayrılmamısız?

- Heç bir inciklikdən söhbət gedə bilməz. “Neftçi”dəki fəaliyyətimlə reytinqim, imicim qalxdı. Mən Avropa Liqasının qrup mərhələsidə çıxış edən komanda ilə çalışdım.

- Keçmiş komandanızın gələcəyini necə görürsüz?

- Bu, mənim üçün doğma klubdu. Bundan sonra hər şey yeni baş məşqçidən asılıdı. Onlara uğurlar arzulayıram. “Neftçi”də çalışmaq həm şərəflidi, həm də çətindi. Mən orda iki mövsüm çalışdım. Bunun nə dərəcədə yaxşı və ya pis alındığına qoy klub prezidenti Sadıq Sadıqov qiymət versin.

- Sizdən öncə “Neftçi”ni çalışdıran Arif Əsədov açıqlamasında bildirmişdi ki, Hacıyev istefa verməməlidi...

- Mən bu insana hörmət edirəm. O, yaxşı futbolçu olub, indi də yaxşı məşqçidi. O da Zaqreb “Dinamo”suna məğlubiyyətdən sonra istefa vermişdi. Amma bu, onun zəif məşqçi olmasından xəbər vermirdi. Mən də vaxtında getməyə qərar verdim. Bəzi insanlar var idi ki, Albaniyada onlar da istefa verəcəklərindən danışırdılar. Amma Bakıya qayıdandan sonra onların səsini belə eşitmədim.

- Məğlub olacağınız halda istefa verəcəyinizi deməklə yanlışlıq etdiyinizi düşünmürsüz? Buna görə təəssüflənmirsiz?

- Mən etməli olduğumu həyata keçirdim. Bu qərarla bir növ özümü cəzalandırdım. Heç bir təəssüf hissi keçirmirəm.

- Sizcə, Tərlan Əhmədov baş məşqçi olmağa nə dərəcədə hazırdı?

- O, elə sizin sayta müsahibəsində demişdi ki, baş məşqçi olmağa hazırdı. Əgər insan özünə inanırsa, bu, çox yaxşıdı. Ona karyerasında uğurlar arzulayıram.

- Sizi yenidən nə vaxtsa “Neftçi”də görmək olar?

- Həyatda hər şey olur. Bu variant istisna deyil. Bizim birgə nail olduğumuz uğurlar da unudulmur. Həm də gedirlər ki, yenidən qayıtsınlar.

- “Qarabağ”ın Avroliqanın pley-off mərhələsində Almaniya “Ayntraxt”ı ilə duellərdəki şansları barədə nə düşünürsüz?

- İndiki məqamda çox şey Qurban Qurbanovdan asılıdı. O, taktikanı çox yaxşı bilir. Öz yetirmələrini necə motivasiya etmək lazım olduğunu da bacarır. “Ayntraxt" nə “Barcelona”dı, nə “Real” nə də “Ayaks”. Onlarla oynamaq və qələbə qazanmaq olar. Çox istərdim ki, “Qarabağ” da “Neftçi”nin uğurunu təkrarlasın, qrup mərhələsində çıxış etsin. Mən hər bir azərbaycanlı məşqçiyə bunu arzulayıram. Xüsusilə də çox yaxşı münasibətimizin olduğu Qurbanova.

- Yığmaya rəhbərlik etmək barədə düşünmürsüz?

- Yığmada çalışmaq hər bir məşqçi üçün şərəfdi. Mən də bunu çox istərdim. Amma hələlik istirahət edirəm. Təklif olsa, müzakirə etməyə hazıram.

azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail