“Bakı” - “Rəvan”: uğursuzluq zolağından çıxış yolu

15.08.2013 | 4089 dəfə oxunub

Premyer Liqanın 3-cü turunda digər iki paytaxt klubu - “Bakı” və “Rəvan”ın qarşı-qarşıya gələcək. Stadium.az xəbər verir ki, son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrini bölüşürlər. Buna qədər keçirilən oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə qeydə alınıb.

10.09.2011

Bakı - Rəvan (Bakı)

3:2

10.12.2011

Rəvan (Bakı) – Bakı 

0:0

18.08.2012

Rəvan (Bakı) - Bakı

1:1

03.03.2013

Bakı - Rəvan (Bakı)

2:1

Qeyd edək ki, ilk iki turdan sonra uğursuz çıxış edən “Rəvan” baş məşqçi Ramil Əliyevlə yollarını ayırdı. Komandaya yeni təyin olunmuş baş məşqçi Vladislav Qədirov artıq vəzifələrinin icrasına başlayıb. İlk iki turda “Simurq” və “Neftçi” qarşısında 0-2 hesablı məğlubiyyətlər alan “Rəvan” Premyer Liqada qol hesabını açmayan yeganə komandadır. Ötən mövsüm klubun əsas qol ümidlərindən olan Mindauqas Kalonas yay transfer dövründə məhz “Bakı”ya transfer olunub. İlk iki turda qələbə və xal üzünə həsrət qalan üç komandadan biri olan “Bakı” bu tur daha bir oyunçunun transferini rəsmiləşdirə bilib. 32 yaşlı müdafiəçi Santos Araujo Yuananıstanın “PAOK” klubundan transfer olunub. Qeyd edək ki, hər iki komandanın heyətində cəzalı futbolçular var. “Rəvan”dan Miloş Adamoviç, “Bakı”dan isə Deividas Çesnauskis bu tur meydana çıxa bilməyəck.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail