”Xəzər Lənkəran” məşqlərini bərpa etdi

13.08.2013 | 3755 dəfə oxunub

“Simurq”la görüş sonrası bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarımlıq hazırlığını ciddi itkilərlə davam etdirib. Belə ki, 6 futbolçu milli komandaların düşərgəsində olduğundan komanda ilə birlikdə deyil. Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Rasim Ramaldanov əsas millinin düşərgəsindədirsə, Ağabala Ramazanov, Kamran Abdullazadə və Elnur Cəfərov da müxtəlif aşağı yaş qrupları üzrə millilərin hazırlığına qatılıb. Bununla yanaşı daha ciddi itki komandanın qapıçı mövqeyində yaşanır. Sol diz nahiyəsində olan zədəsinin yeniləyən Orxan Sadıqlı məşqlərdən kənarda qalıb və belə də bir neçə gün öncə məşqdə zədələnən Duqlas Leytedən sonra bütün ümidlər gənc qapıçı Tərlan Qasımzadəyə qalıb. Toşakın rəhbərliyi altında hazırlığını sürdürən “Xəzər Lənkəran” avqust ayının 15-də “Qarabağ”la görüş üçün Bakıya yola düşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail