Berti Foqts: “Qarabağ”ın əsas futbolçuları məşqdə də zədələnə bilərlər"

12.08.2013 | 6078 dəfə oxunub

Millimizin baş məşqçisi Berti Foqts bu gün keçidiyi mətbuat konfransında "Qarabağ" haqda da danışıb. Stadium.az xəbər verir ki, alman məşqçi "Ayntraxt"la mühüm oyunlar öncəsi "Qarabağ"ın futbolçularını milliyə çağırması ilə bağlı sualı belə cavablandırıb: "Beynəlxalq oyunlar futbolçular üçün vacibdir. “Qarabağ”ın futbolçuları sevinsinlər ki, belə matç öncəsi yığmaya çağırılıblar. Almaniya millisi avqustun 14-də Paraqvayla oynayır. Onda baş məşqçi Yoahim Löv “Bavariya”nın futbolçularını çağırmasın? - “Qarabağ”ın əsas futbolçuları məşqdə də zədələnə bilərlər".

Foqts "Qarabağ"ın "Ayntraxt"a qarşı keçirəcəyi oyunlardan da danışıb: "Bu mövsüm "Ayntraxt" ötən mövsümə nisbətən zəifdir. İstəyirəm ki, millidəki futbolçularım Avroliqanın qrupunda oynasınlar. Hesab edirəm ki, "Herta"ya 1:6 hesabı ilə uduzan komandaya qalib gəlmək olar".

Alman məşqçi Qurban Qurbanova paxıllıq etməsi barədə gəzən söz-söhbətlərə belə reaksiya verib: "Məşqçini deyil də komandanı tərifləməkdə təəccüblü nəsə yoxdur. Şadam ki, Qurbanın komandasını play-offa qədər gətirib. Üç həftə əvvəl onunla görüşdüm, mənə planları haqda danışdı. Mən onun istədiyini bilirəm. Qurbana uğurlar arzulayıram. Gələcəkdə “Qarabağ” haqda danışacağam və Qurbanı hökmən xatırlayacağam".

Foqts həmçinin hüquqi cəhətdən başqa təkliflərə baxa biləcəyini, eləcə də, AFFA-nın digər namizdərlə danışıqlar aparmasına ixtiyarının çatdığını deyib. 



  #1   Adınız: cemaleddin;   E-mail: [email protected]

12.08.2013 23:27

bu foksun ne vecine kime ne oldu qarabagin oyunlarinda
urey xesteliyi tutann mmenem

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail