Foqts: "Məgər İspaniya, İtaliya, İngiltərə kimi güclü yığmalar həmin günü oynamır?

12.08.2013 | 3834 dəfə oxunub

Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün Maltaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, alman məşqçi futbolçuları yalnız bu gün naharda gördüyünü və bu səbəbdən də hazırlıq haqda bir söz deyə bilməyəcəyini vurğulayıb. Foqts çempionatın ilk turları barədə bunları söyləyib: "Həmişə sürətli oyunun tərəfdarı olmuşam. Köməkçilərimdən müəyyən məlumatlar almışam. Onu deyə bilərəm ki, fiziki hazırlıq istənilən səviyyədə deyil. Bilmirəm, bu, havaların isti olmağı, yaxud orucluqla bağlıdır".

Foqts "Almaniya mətbuatında məşqçilərlə görüşdən danışmısınız. Bu, hansı görüşdür" sualını yenə də özünəməxsus şəkildə cavablandırıb: "Siz bunu hardan bilirsiniz? Məgər almanca bilirsiz? Mətbuatı oxuyursunuz? Elə isə gəlin, almanca danışaq. - Mən nə dediyimi yaxşı bilirəm. Gəlin, oyun haqda danışaq".

Alman məşqçi mütəxəssislərin Malta ilə oyunun lazımsız olduğu barədə fikirlərə sərt reaksiya verib: "Bunu hansı mütəxəssislər deyir: futbol, yoxsa güləş? Məgər İspaniya, İtaliya, İngiltərə kimi güclü yığmalar həmin günü oynamır? Bu, beynəlxalq yoldaşlıq görüşüdür. İsraillə oyun öncəsi yoldaşlıq görüşü oynamalı idik. Malta bir sıra rəqiblərə qalib gəlib. Azərbaycan klubları da rəsmi oyun öncəsi yoxlama matçları oynayır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail