"İndi "Neftçi” birinci pillədə qərarlaşmalıydı"

12.08.2013 | 4553 dəfə oxunub

"Neftçi"nin futbolçusu Emin Mehtiyev Premyer Liqanın ikinci turunda "Rəvan"la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, Mehtiyev sözügedən matçda vurduğu təmiz qolun hakim tərəfindən hesaba alınmamasından təəssüfləndiyini deyib: "AZAL-la ilk turun oyununda da oxşar hal baş vermişdi. Həmin görüşdə Araz Abdullayevin ötürməsindən sonra Bahodir Nasimovun qolu qeydə alınmamışdı. Halbuki Araz topu kənara çıxmamış, yəni, qapı xəttinin üzərindən ötürmüşdü. Bu dəfə isə Ernest Nforun ötürməsindən sonra qol vursam da, hakim Flavinyonun oyundan kənar vəziyyətdə olduğunu qeydə aldı. Həmin anda Flavinyonun zərbəyə müdaxiləsi yox idi. O, qapıçıya da zərbəni qaytarmağa mane olmurdu. İki turdur qollarımız qeydə alınmır. Düzdür, bu yekun nəticəyə təsir etməyib. Lakin həmin qollar qeydə alınsaydı, hazırda məhz “Neftçi” top fərqinə görə turnir cədvəlində birinci pillədə qərarlaşmalıydı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail