Startda 2 məğlubiyyət

12.08.2013 | 3750 dəfə oxunub

Premyer Liqanın 2013/2014-cü il mövsümünün startı mükafatlara iddialı paytaxt klubları - “Bakı” və “İnter”in uğursuzluğu ilə əlamətdar oldu. Stadium.az xəbər verir ki, hər 2 klub startda minimal fərqli məğlubiyyətlərə üzülərək özləri üçün ənənəvi olmayan autsayderlər sırasına düşdülər.

1999/2000-ci il mövsümündə güclülər dəstəsində “Xəzər Universiteti” adı ilə debüt edən və elə ilk 2 oyunda məğlub olan komanda “İnter”ə çevrildiyi 2004-cü ilin yayına kimi belə uğursuzluqla üzləşməmişdi. Bakılılar 2000/01-də 3, 2001/02-də 4, 2003/04 mövsümündə ilk iki turda 1 xal qazanmışdı. 9 il əvvəl adını dəyişib özü üçün yeni tarixə başlayan “İnter” ilk 7 mövsümündə ilk 2 matçda ən azı 1 qələbə qazanırdı. 2007/08 mövsümündə isə onların qazancı 6 xal olmuşdu. Ötən il də startda qələbə qazana bilməyən “İnter” 2 görüşdə 1 xal əldə edə bilmişdi. Bu dəfə isə indiki adı altında ilk dəfə, ümumilikdə isə 14 ildən sonra ardıcıl 2 yenilgiyə üzüldü.

“Bakı” üçün isə uğursuz start artıq ənənəvi hal alıb. Ardıcıl 4 mövsümdür ki, ilk 2 matçda paytaxtın eyniadlı təmsilçisi qələbə qazanmır. Ötən 2 mövsümdəki start heç-heçələrlə əlamətdar olmuşdu. 2010/11 mövsümünə isə indiki kimi məğlubiyyətlərlə başlayan “Bakı” 3 ildən sonra eyni uğursuzluğa üzüldü. Klub tarixinin daha 3 belə startı isə “Dinamo” və ya “Dinamo-Bakılı” adlandığı dövrlərə təsadüf edib. 1999/2000, 20001/02 və 2003/04 mövsümlərində komanda ilk 2 görüşdən sonra hesabına xal yazmamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail