"Biz özümüzü göstərməliyik”

10.08.2013 | 3943 dəfə oxunub

Türkiyədə keçiriləcək “The children champion cup Lukoil” turnirində iştirak edəcək “İnter” U-12 komandasının baş məşqçisi Vaqif Hidayətov qarşıdakı yarış barədə fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, komandanın çalışdırıcısı turnirə hazırlıq barədə danışıb və Avropa klublarıyla gözlənilən nəticələr haqqında düşündüklərini paylaşıb: "Uşaqlarımız turnirə yaxşı hazırlaşdılar və hazırlıq çərçivəsində bir sıra yoldaşlıq oyunları keçirdilər. Düşünürəm ki, turnirə pis hazırlaşmadıq. Belə səviyyəli turnirdə iştirak etmək çox mətləbdən xəbər verir. Lakin biz yalnız iştirakla kifayətlənmək istəmirik. Komanda yaxşı nəticə əldə etməyi arzulayır, bunun üçün də özümüzü göstərməliyik. Ayın 12-də püşkatma keçiriləcək, bundan sonra qrupda qarşılaşacağımız komandaların adları məlum olacaq. Təsnifat qrup iştirakçılarının tərkibi güclüdür: təkcə “Qalatasaray” klubunun adını çəkmək kifayətdir. Bilirik ki, bizi asan sınaq gözləmir, ancaq “İnter”i və  Azərbaycan futbolunu layiqli təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Belə turnirlər uşaqlar üçün çox vacibdir və belə yüksək səviyyəli turnirdə iştirak etmək imkanı yaratdığına görə “İnter” rəhbərliyinə minnətdarlıq etmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail