"Meydandakı bir "Qarabağ"lı futbolçu 100 000 məcburi köçkün üçün oynayacaq" Müsahibə

07.08.2013 | 4728 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Tahir bəy, sabah "Qarabağ" vacib oyuna çıxacaq. Nə gözləyirsiz komandamızdan?

- Əvvəla onu bildirim ki, "Qarabağ`ın cari uğurları hər kəs kimi, məni də qürurlandırır. Sabahkı oyun bizim üçün çox vacibdir. Bizi çətin qarşılaşma gözləyir. Amma hədəfimiz turu keçməkdir. Bunun üçün bura gəlmişik. "Qarabağ"ın bu mövsüm Avroliqada ən çox xal toplayan 3 komandadan biri olması məni qürurlandırır. Bizi yeni rekordlar, yeni uğurlar üçün burdayıq. Bunun üçün sabah meydana çıxıb aslanlar kimi mübarizə aparacağıq.

- Hələ Avrokuboklar başlamamışdan öncə verdiyiniz açıqlamada "Qarabağ"ın hədəfinin qrup mərhələsi olduğunu bildirmişdiniz..

- Bəli. Çox şükürlər olsun ki, bu yolda əmin addımlarla irəliləyirik. "Qarabağ" son illərdə böyük sıçrayışa və önəmlisi stabilliyə nail olub. Bu bizim ən böyük uğurumuzdur. Biz bir ailə kimi formalaşa bilmişik. Belə də hədəflərimiz də böyüyüb. Zatən, bizim üçün xüsusi köklənməyə ehtiyac yoxdu. Qarabağ adı özü bir hədəfdi. Komanda udanda da, uduzanda da mən onun yanındayam. Biz "Qarabağ" ailəsiyik. Və fərqimizdən qürur duyuruq

- Əksəriyyətinin fikrincə, bu "Qarabağ" tarixin ən güclüsüdü. Bu fikirlə razısınızmı?

- Təbii ki, komandam haqqında belə sözlər eşitmək xoşdu. Zənnimcə, son transferlərimiz olduqca uğurlu alınıb. Üstəlik, "Qarabağ"dakı sabitlik də uğurumuzun əsas tərəfidi.  Artıq "Qarabağ" deyiləndə ciddiyə alınan, fərqi hiss olunan, ehtiramla qarşılanan bir klub formalaşıb. "Qarabağ" bir çiçək kimi ən yaxşı bal arılarını özünə cəlb edə bilib. Bəli, ona görə də razılaşıram ki, bəlkə də bu "Qarabağ" tarixinin ən güclüsüdür. Amma bu bizi üçün  sonuncu hədəf deyil. Daim inkişaf etmək, tədricən böyüməklə daha da möhkəmlənmək istəyirik.

- Artıq, uzun illlərdi "Qarabağ"a rəhbərlik edirsiniz. Uğursuzluqda da, başarı da "Qarabağ"ın yanındasız. Uğurun kökü Sizin daim komandanın dəstəkləməsində dayanır. Axı, geriyə boylandığınız zaman atdığınız addımların doğru olduğu bugün özünü təsdiq edir.

- Bizim üçün "Qarabağ" bir futbol komandası deyil. "Qarabağ" şübhəsiz, Qarabağ həqiqətlərini üçün ən böyük təbliğat maşınıdır.  İdmanda uğur qazanmaq da olar, pis nəticələrlə də qarışlaşmaq olar. Ötən mövsüm AZAL-a 6:2 məğlub olduq. Nə etməliydik? Hər şeyi dəyişməliydik? Biz bir kərə inandığımız işi görürürk. Mən klubundakı hər bir şəxsə inanıram. Onlara inandığım üçün burdadılar. Nə oldu? Həmin komanda bu il Azərbaycanın Avropadakı tək təmsilçisidir. Nə qısa zəfərlər, nə də ki, qısa məğlubiyyətlər bizim üçün əsas deyil.  Qarabağ adını ləyaqətlə daşımaq ən böyük uğurdur. Sevinirəm ki, bugün çəkilən əməyimizin boşa getmədiyini göstərir.

-  10 ildir "Qarabağ"ın başındasız. Yəqin, yubiley hədiyyəsi istərdiz.

-  "Qarabağ" adı mənim üçün elə ən böyük hədiyyədir. Yox, əgər idman uğuru istəyirsinizsə, təbii ki,qrup mərhələsinə düşmək mənə ən böyük hədiyyə olardı. Mən buna inanıram. Artıq, "Qafqaz Barselonası"nın  qrupda çıxış etmək zamanıdır. Hə, o, başqa ki, bizi pley-offda çox güclü komandalar gözləyir. Biz bunu  başa düşürük. Amma hər şey arzudan başlayır, əzmkarcasına çalışmaqla davam edib hədəfə çatmaqdan gedir.

- Sabahkı görüşdə Riçard Almeyda olmayacaq. Bunu komandamız üçün itki hesab edirsinizmi?

- Əlbəttə, Riçinin sabah komandamızla birgə olmağını istərdik. Şəxsən, mən braziliyalının oyununu çox bəyənirəm.  Amma indi oturub təəəssüflənməklə heç nə əldə edə bilmərik.  Sabah meydanda başqa "Qarabağ"lılar çıxacaq. Meydandakı bir "Qarabağ"lı futbolçu 100 000 məcburi köçkün üçün oynayacaq.  Milyonlarla insan futbolçularla birlikdə meydanda mübarizə aparacaq. Biz sabah meydanda bütün Azərbaycanın ürəyini, sevgisini daşıyacağıq.

- Hər kəs "Qarabağ"ın başqanından ümid gözləyir. Nə deyə bilərsiz azarkeşlərimizə?

- Öncə hər kəs birləşib "Gefle" səddini keçməliyik. Mən tur deyil, zəfər gözləyirəm "Qarabağ"ımızdan. Bu turu keçsək,  play-off mərhələsi gəlir. Hamımız birləşməliyik. Qarabağda birləşməliyik. İstərdim ki, Stadionumuzda bu oyun zamanı bir yer də boş qalmasın. Hər kəs "Qarabağ"ın gücünü, qüdrətini, bir ailə olmasını görsün. Amma öncə "Gefle" ilə matçı fikirləşməliyik.  Bu oyundakı qələbə bizim üçün çox vacibdir. Mən buna hər bir "Qarabağ"sevər kimi inanıram. "Qarabağ" turu keçmək üçün ruhunu meydana qoyacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail