"Anji"də köklü dəyişikliklər

07.08.2013 | 5831 dəfə oxunub

Rusiyanın "Anji" klubunun rəhbərliyi gözlənilməz qərar qəbul edib. Stadium.az xəbər verir ki, Premyer Liqanın son turunda "Anji" öz meydanında "Rostov"a 0:1 hesabı ilə uduzub. Matçdan sonra isə klubun sahibi Süleyman Kərimov bəyan edib ki, komanda bundan sonra siyasətini tam dəyişəcək. Buna qədər əcnəbilərə külli miqdarda pullar xərcləyən Mahaçqala klubu bundan sonra üstünlüyü yerli oyunçulara verəcək. Artıq sabiq baş məşqçi Hacı Hacıyev komandaya qaytarılıb. Klubun büdcəsi isə illik 50-70 milyon dollar arası olacaq. Halbuki 2012-ci ildə "Anji"nin büdcəsin 180 milyon dollar təşkil edirdi. Əksər ulduzlar komandadan gedəcək. Artıq komandada yüksək məvacib qarşısında oynayan yerli və əcnəbi futbolçular digər klublarla danışıqlara başlayıblar. Komandanın liderləri ilə görüşən Kərimov narahatçılığa heç bir əsas olmadığını və oyunçuların müqavilədə göstərilən məbləği tam olaraq alacaqlarını bildirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail