Sakit Alıyev: “İxtiyarım olsa, Namiqi Tovuza buraxmaram” Müsahibə

05.08.2013 | 8786 dəfə oxunub

Premyer liqada yeni mövsümə start verildi. Amma həmişə adət etdiyimiz kimiTuranKəpəzsiz. Deyəsən bu hal təkcə tovuzlu azarkeşləri deyil, komandanın veteran futbolçusu keçmiş baş məşqçisi Sakit Alıyevə pis təsir edib. Sakit müəllimlə tez-tez əlaqə saxlayıb səhhəti ilə maraqlanırdıq. Amma bu dəfə özü bizə zəng edərək deyiləsi sözünün olduğunu bildirdi. Alıyevə xüsusi hörmətimiz var bu üzdən qəzetimizdə onun fikirlərinə həmişə yer ayırmağa hazırıq:

- Səhhətiniz necədi? Bir neçə ay əvvəl yenidən problemlər yaranmışdı.

- İrəliləyiş var. İndi özümü yaxşı hiss edirəm. Yaxınlarda yenidən müayinədən keçmək üçün Bakıya, sonra isə Rusiyaya gedəcəm. İki-üç ay əvvəl çox pis vəziyyətdə idim. Hətta bir neçə gün ayaqlarım tutuldu, gözlərimdə problem oldu. Bunun da səbəbi əsəbiləşməyim idi. Sizin qəzetdə bu haqda məlumat getmişdi. Həmin ərəfədə Tovuz futbolunun problemləri  ilə bağlı AFFA-ya getmişdim. Laqeyd münasibət görəndə istər-istəməz əsəbiləşirəm, ziyanı da özümə dəyir.

- Deyirsiniz ki, “Neftçinin əvəzedicilərində oynayan bacınız oğlu Elmxan Məmmədova bir neçə digər tovuzlu futbolçulara lisenziya vermirlər.

- Elmxanın lisenziya alması üçün bütün sənədlər qaydasındadı. Eləcə Sumqayıtda oynayan Budaq Nəsirovun. “Turanilə müqavilələri bitib, azad bir futbolçulardı. ElmxanınNeftçiilə müqaviləsi var. Müddətini dəyərini bilmirəm. Çalışıram ki, onun işinə qarışmayım. Amma müəyyən vaxtlarda köməyimi əsirgəmirəm. qədər olmasa, dayısıyam. Lisenziya verməmələrinin isə bir səbəbi varNamiq Məstanov Elmxanı bir neçə tovuzlu futbolçunu yenidənTurana qaytarmaq istəyir. Vaxtilə yiyə durmadılar, hərəsini bir yerə didərgin saldılar. Legionerləri gətirdilər ki, guya nəsə edəcəklər. Nəticədə özləri yaxşı pul qazandılar, “Turanda düşdü aşağı dəstəyə. İndi legionerlər yoxdu, ümid qalıb yerlilərə. Məhz Namiq Məstanovun istəyi ilə AFFA-dakılar bu futbolçulara lisenziya vermək istəmirlər. Bilirəm oradakılarla əlaqəsi var. Vaxtilə məniTurandan uzaqlaşdıran, bu vəziyyətə salan insanlar indi bacım oğlunu pis günə  qoymaq istəyirlər. Elmxan gələcəkdə Azərbaycanın ən yaxşı futbolçularından biri olacaq. Ona özümün davamçım gözüylə baxıram. Qabında olduğunu da məndən yaxşı bilən yoxdu. Əgər ona qarşı haqsızlıqlar davam edərsə, birbaşa UEFA-ya şikayət edəcəm. “Turanı pis günə qoyan Namiq Məstanov indi qeyrətə gəlib? Guya Tovuz futboluna canı yanır.

- Amma bir neçə il əvvəlTuranın çətin vəziyyətində tovuzlu futbolçular sözü bir yerə qoyub keçmiş komandalarına qayıtdılar. Bəlkə bu yolla komandanı Premyer liqaya qaytarmaq istəyirlər?

Həmin vaxt mən komandanın baş məşqçisi idim. Həqiqətən tovuzlu uşaqlar komandaya qayıtdılar. Sağ olsunlar, onlardan bir neçəsi sözümü yerə salmadı. Onda komanda bütünlüklə tovuzlu uşaqlardan ibarət idi, cəmi 3 legionerimiz vardı ki, onlar da yaxşı futbolçular idi. Daha Namiqin gətirdikləri legionerlərin tayı deyildi. Tovuz futbolunu məhv etdilər, yenidən diriltmək istəyirlər. Tovuzlu uşaqları digərgin salmaq əvəzinə mənasız legionerlərdən imtina edərdilər. Niyə etmədilər? Çünki, məqsədləri pul qazanmaq idi. Namiq deyir ki, komandanın pulu yoxdu. Bəs komandanı Bakıda necə saxlayırdınız? Legionerlərə maaşı necə verirdiniz?

Tovuz şəhər stadionunun uzağı iyunda hazır olacağı gözlənilirdi. Bilmirsiniz vəziyyət yerdədi?

Düzü, qədər ki NamiqTurandadı, qədər ki orada çirkli insanlar var, ona görə  stadiona getmirəm. Amma uşaqlar deyir ki, işləyirlər. Guya siz demiş uzağı iyula hazır olmalı idi. oldu, avqustdu, niyə hazır eləməyiblər? Bu stadion oyunu ortaya məqsədyönlü atılmışdı. Komandanın Bakıya aparılması pul qoparmaq üçün. Stadionun qazonunun dəyişdirilməsi futbola yox, onların ciblərinə xidmət edirdi. Ortaya belə bir sual çıxıryaxşı stadionda təmir işləri aparılırdısa, komanda nəyə görə Bakıya göndərildi?. Ev oyunlarını Qazaxda, Şəmkirdə keçirmək olmazdı? Camaat da gedib baxardı, komandanı dəstəkləyərdi. Komandaya gələn kimi stadiona öz dayısını, mühafizəyə isə qardaşını təyin elədi. Hər ikisini Tovuz camaatı yaxşı tanıyır, bilirlər hansı məzhəbə qulluq eləyirlər. Adını da qoydu ki, pul yoxdu, kənar adamlara maaş verə bilmirəm. Yalançıya Allah lənət eləsin! Məqsəd hər şeyi öz əllərinə almaq, pul qazanmaq idi. Amma çox çəkməyəcək. “Turankimi komandanı əllərində oyuncaq eləyiblər. Namiq ovuz futbolunun, Tovuz camaatının düşmənidi. Bunu sübut eləməyə gücüm dəlillərim var. İxtiyarım olsa, Namiqi Tovuza buraxmaram.

Arada bir xəbər yayıldı ki, Nadir Nəbiyev komandaya məşqçi gətirilir...

Nadir yaxşı uşaqdı, yaxşı da futbolçu olub. Onun komandaya gəlməsinə ancaq sevinərdim. Amma məşqçi kimi yox, bir idarəçi kimi. Çünki, məşqçi olmaq üçün oxumaq lazımdı, təcrübə lazımdı. Nadir Namiq Məstanovdan fərqli olaraq qat-qat yaxşı insandı, “Turandan da heç nəyini əsirgəməz.

Namiq Məstanov verdiyi açıqlamadaTuranFutbol Klubunun adının dəyişdirilibTuranİdman Klubuna çevrildiyini deyib...

Ay qardaş, ortada yenə pul söhbəti var. İdman klubunun yaradılması müəyyən xərcləri silmək, maliyyə vəsaitlərini gizlətməyə xidmət edir. Bu klubu Vidadi Əhmədov yaradıb komanda Tovuz camaatının idi. Namiqin haqqı çatırdı ki, camaatın malı ilə necə istəyir elə davranır? Güya başqa idman növlərinin inkişafı nəzərdə tutulub. Bəs bayaqdan pul yox idi? Olmazdı ki, yeni idman klubu yaradılardı, “Turanadına toxunmazdılar? Yerli azarkeşlər bu fikrə çox pis baxır. Bir sözlə, istəyirlər, edirlər. “Turana yeni sponsorların gələcəyini deyirlər. Əgər bu baş versə, birinci özüm həmin sponsorların qəbuluna düşüb Namiqgilin hansı məqsədlərə qulluq etdiyini deyəcəm. Sponsor gərək elə adamla müqavilə bağlasın ki, onun azacıq da olsa Tovuza, futbola bağlılığı, sevgisi olsun. Day nankor insanlarla yox.

Necə düşünürsən, “Turanyenidən elitaya qayıda biləcəkmi?

Düzü, inanmıram. Amma yenə çempionat başlayanda bir-iki oyununa baxacam. Ondan sonra nəsə fikirn söyləmək olar. Əgər ən azından mənim dövrümdəki heyət olsaydı, əminliklə bunu bacaracaqlarını deyərdim. Amma mən stadionda ölümdən dönəndən sonra yığdaqları heyətlə heç edə bilməyəcəklər.

Söhbətləşdi: NEMƏT, Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail