Premyer Liqada daha 2 əcnəbi baş məşqçi

05.08.2013 | 4646 dəfə oxunub

Premyer Liqanın ilk turu 2 əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar oldu. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizdə ilk matçında iş başında olan Milinko Pantiç və Yuri Syomin turun ilk qarşılaşmasında üz-üzə gəldi. “Bakı”nı çalışdıran serbiyalı Pantiç üçün debüt uğursuz alındı. “Qəbələ”nin rusiyalı çalışdırıcısı Yuri Syominin komandası səfərdə debütant həmkarını 2:1 hesabı ilə məyus etdi.

Cari mövsümün startında iş başında olan 5 əcnəbi mütəxəssisdən 2-nin debütü ilə Premyer Liqa tarixindəki legioner baş məşqçilərin ümumi sayı 44-ə çatdı.

Syomin 2 il əvvəl “Simurq”da çalışmış Sergey Yurandan sonra 2-ci rusiyalı oldu ki, Premyer Liqada debüt etdi. Pantiç isə elə onun klubdakı sələfi Bojidar Bandoviç, həmçinin AZAL-ın çalışdırıcısı olmuş Peter Kurçubiç və “Masallı”da 1 oyunluq baş məşqçi əvəzi kimi meydana çıxaran Miroslav Saviçdən sonra 4-cü serbiyalıdır.

Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.

Pantiç “Bakı”nın tarixinə 7-ci əcnəbi baş məşqçi kimi düşdü. Ona qədər makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz və Cüneyt Biçər, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov və serbiyalı Bandoviç də paytaxtın eyniadlı təmsilçisində çalışıb. Bununla da “Bakı” ən çox legioner məşqçiyə güvənməkdə “Xəzər Lənkəran”a məxsus Azərbaycan rekordunu təkrarlayıb.

Syomin isə “Qəbələ”nin 4-cü legioner baş məşqçisidir. Ona qədər ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və ispaniyalı Luis Araqon komandanı Premyer Liqa matçlarına çıxarıb.

Ümumilikdə isə 17 Azərbaycan klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran”, “Bakı” – hərəsi 7,  “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Əlispahiç Premyer Liqada 2 klubda çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail