Kamran Ağayev dünyanın ən yaxşı qapıçısı seçildi VİDEO

04.08.2013 | 13668 dəfə oxunub

Dünya səviyyəli mərc kontoru bwin 2014-cü il dünya çempionatının seçmə mərhələ oyunlarında qeydə alınan ən gözəl qapıçı qurtarışlarının seçiminin yekun nəticəsini elan edib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, seçimə əsasən Bakı" futbol klubu və Azərbaycan milli komandasının üzvü Kamran Ağayev ilk pilləyə layiq görülüb.

Seçimin final mərhələsində 10 ən inamlı qapıçı hərəkəti təyin olunub.

Top-10 adlı ilk onluqda Makedoniya, Estoniya, Gürcüstan, Polşa, İsveçrə, Lüksemburq, İtaliya, Finlandiya və Azərbaycan milli komandalarının qapıçıları yer alıb.

10-cu pilləni Stanislav Nomasko (Moldova-İngiltərə) tamamlayıb, eston kiper Sergey Pareyko (Türkiyə-Estoniya), doqquzuncu, Gürcüstan millisinin qapıçısı Gioprgi Loriya (Gürcüstan-İspaniya) səkkizinci, polşalı Prjemislav Titon (Polşa-Moldova) yeddinci, isveçrəli Dieqo Benalyo (İsveçrə-Albaniya) altıncı, Lüksemburq millisinin qolkiperi Conatan Joubert (Lüksemburq-Portuqaliya) beçinci pilləyə sahib çıxıblar.

Dördüncü mövqe İtaliya yığmasının çərçivə qoruyucusu Canluici Buffona (Bolqarıstan-İtaliya) qismət olub. Fin qapıçı Lukas Hradeski (Finlandiya-Fransa) üçüncülüyə sahib çıxıb. Gürcüstan yığmasının kiperi Giorgi Loriya (Gürcüstan-Belarus) ikinci pillədə qərarlaşıb.

Azərbaycan milli komandası və "Bakı" futbol klubunun qapıçısı Portuqaliya - Azərbaycan oyununda (3:0) qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edib və onun Joao Moutinyonun zərbəsindən sonra dəf etdiyi top müvafiq sıralamada ilk pilləyə layiq görülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail