"Hafiz Məmmədov futbolu bilən insandır"

03.08.2013 | 3043 dəfə oxunub

"Hafiz Məmmədovla bizim əsas məqsədimiz qırmızı rəngli forma ilə qızıl medalları qazanıb, yenidən Liqa 1-ə qayıtmaqdır”. Stadium.az xəbər verir ki, bu sözləri Fransanın “Lans” klubunun prezidenti Jerve Martel yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Hafiz Məmmədovla bağlı sualı Martel belə cavablandırıb: "Hafiz Məmmədov futbolu bilən insandır. O, Madrid “Atletiko”sunun səhmdarı və sponsorudur. O bilir ki, futbol komanda idman növüdür və burda barmağını toxundurmaqla nəsə etmək mümkün deyil. Bunu səbirlə, aram-aram etmək lazımdır”.

Martel bildirib ki, Məmmədov komandaya lazımi maddi dəstəyi verəcək: “Mən hətta bunun üçün ona zəng də vurmuram. Biz öz işimizlə məşğuluq. Çalışırıq ki, yüksək səviyyədə oyunçuları, texniki heyəti, azarkeşləri, iqtisadi dəstəyi olan bir komanda quraq. Mənim cənab Məmmədov qarşısında hər hansı bir öhdəliyim yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail