Viktor Mendi: "Özümə və kollektivimizə inanırdım"

03.08.2013 | 4495 dəfə oxunub

“Bakı” - “Qəbələ” qarşılaşması mövsümün ilk matçı olduğundan hər iki komanda üçün önəm kəsb edirdi. Hər iki kollektiv çempionata qələbə ilə başlamaq istəyirdi. Bu baxımdan futbolçuların üzərinə böyük məsuliyyət düşürdü. “Bakı” matça daha yaxşı başladı və erkən qola sevindi. Lakin təslim olmadıq, sonadək mübarizə aparıb yekunda qələbə qazandıq”. Stadium.az xəbər verir ki, bu sözləri Premyer Liqanın ilk turunda baş tutan “Bakı” - “Qələbə” matçında sonradan oyuna daxil olan və 2 qola imza atmaqla komandasına qələbə qazandıran Viktor Mendi söyləyib. Hücumçu komandasının layiqli qələbə qazandığını, qalibiyyətdə pay sahibi olduğu üçün sevincli olduğunu deyib: “Komanda olaraq yaxşı hazırlıq prosesi keçdik. Bunun nəticəsini də gördük. Oyuna daxil olarkən özümə və kollektivimizə inanırdım. Qələbədə pay sahibi olduğuma görə sevincliyəm. Qarşıda bizi çətin oyunlar gözləyir və bu cür başlanğıc mənə gələcək üçün əlavə stimul verir. “Bakı”-“Qəbələ” oyunu artıq arxada qaldı. İndi bu oyunu yaxşı analiz etməli, səhvlərimizin üzərində işləyərək növbəti görüşlərə hazırlaşmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail