"Cavab oyununda hər sürprizə hazır olmalıyıq"

02.08.2013 | 3847 dəfə oxunub

"Hücum baxımından əksiklərimizin olduğunu siz də görürsüz. Amma bu problemləri qısa bir zamanda həll edəcəyimizə inanıram". Stadium.az xəbər verir ki, bu sözləri Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Dinamo"ya qarşı keçirilən oyundan sonra "Trabzonspor"un baş məşqçisi Mustafa Akçay deyib. Akçay ev oyununda hər sürprizə hazır olduqlarını söyləyib: "Oyunçularımın anlaşmaları günü-gündən artır. Komanda olaraq, günü-gündən güclənirik. "Dinamo"nun statistikasına fikir verdikdə görərik ki, rəqib səfərdə daha yaxşı nəticələr göstərir. Bu səbəbdən də ev oyununda çox diqqətli olmalıyıq. İnanıram ki, evdə də qələbə qazanaraq, mərhələ adlayacağıq. 1:0-lıq qələbə mərhələ adlamaq üçün yaxşı nəticədir. Lakin biz cavab oyununda hər sürprizə hazır olmalıyıq. İstənilən halda, səfərdən sərfəli nəticə ilə qayıdırıq".

"Trabzonspor"un çalışdırıcısı komandanın yeni transferi Maluda haqda da danışıb: "Maluda oyuna yaxşı başlaya bilmədi. Lakin daha sona zəngin təcrübəsindən yararlanaraq, ağıllı işlər gördü və səviyyəsini ortaya qoydu. Maludanın bir qədər də zamana ehtiyacı var. Əminəm ki, gələcəkdə komandaya daha böyük fayda verəcək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail