Vobay: "Karyeramda ən böyük uğurları məhz "Neftçi"də qazandım" Müsahibə

02.08.2013 | 4503 dəfə oxunub

"Neftçi”nin futbolçusu Julius Vobay klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, afrikalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şaab” klubuna icarəyə verilməsi ilə bağlı sualları da cavablandırıb:

- Mövsüm bitdikdən sonra “Neftçi” ilə yenidən müqavilə bağlayaraq qalmağa qərar vermişdin. Bu addımı atmağına hansı amillər təsir etdi?

- “Neftçi”yə gələnə qədər bir sıra klublarda oynamışdım. Amma karyeramda ən böyük uğurları məhz bu klubda qazandım. “Neftçi”nin heyətində Azərbaycan çempionu oldum və ölkə kubokunu qazandım. Avrokubokların qrup mərhələsində çıxış etmək istəyim də bu komandada reallaşdı. “İnter”, “Rubin”, “Partizan” kimi komandalarla qarşılaşmalarda meydana çıxmağımız bizi bütün qitəyə tanıtdı. Bundan sonra Avropanın bir çox klublarının maraq dairəsinə düşdük. Bir sözlə, “Neftçi” mənim klub karyeramın zirvəsidir.

- Bəs nə üçün getmək qərarına gəldin?

-Açığı, mənimlə bir çox klub daha öncədən maraqlanırdı. Bütün bu təkliflərə rəğmən “Neftçi” ilə müqavilə imzalamağa qərar verdim. Bayaq əbəs yerə avrokubokların qrup mərhələsi haqda demədim. Mənim daha çox diqqət mərkəzinə düşməyimdə məhz “Neftçi”nin Avroliqanın qrupunda oynaması böyük rol oynadı. Bir növ bu kluba borclu idim. Ona görə də digər təkliflərə “yox” deyib,  “Neftçi” ilə müqavilə imzaladım. Məni tanıdan komandaya xeyir vermək istədim. Təəssüf ki, bu mövsüm avrokuboklarda istədiyimiz kimi çıxış edə bilmədik. “Əl Şaab” klubuna icarə əsasında yollanıram. Avrokuboklarda mübarizəni dayandırdıqdan sonra klub prezidenti ilə görüşüb getmək üçün izn istədim. O da istəyimi anlayışla və müsbət qarşıladı. Təbii ki, bu qədər uğur qazandığım klubdan müvəqqəti də olsa ayrılmaq çətindir. “Neftçi” mənim üçün doğma komandadır. Belə bir kollektivdən 1 illik də olsa uzaqlaşmaq asan deyil.

- Bakıdakı abu-havaya öyrəşmişdin və burada azarkeşlər tərəfindən yetərincə sevilirdin. Ümid edək ki, yeni mühitdə uyğunlaşmaq baxımından problem yaşamayacaqsan.

- Bakıda insanlar çox istiqanlıdır. Şəxsən mənə burada ünsiyyət yaratmaq və anlaşmaq asandır. Komanda daxilində yerli və legioner futbolçuların hamısı ilə əla münasibətdəyəm. “Neftçi”də uyğunlaşmaq baxımından problemim olmamışdı. “Əl Şaab” klubu isə Asiya təmsilçisidir və orada mühit müəyyən qədər fərqli olacaq. Ən azından hər yerin öz adət-ənənəsi var. Bu mənim üçün yeni təcrübə olacaq.
“Neftçi”də oynadığım müddətdə azarkeşlərin sevgisini qazana bilmişdim. Futbolçu üçün bu çox önəmli məsələdir. Bu oynamaq üçün böyük stimuldur. Çalışacağam ki, “Əl Şaab” klubunda da oyunumla azarkeşlərin ürəyinə yol tapım.

Artıq indidən azarkeşlər Vobay üçün darıxmağa başlayıb

Təkcə mən yox, bu komandanın bütün üzvləri azarkeşlər tərəfindən sevilir. Darıxmağa gəldikdə isə mən onlardan çox darıxacam, əmin olsunlar. “Neftçi” bir-iki futbolçudan asılı komanda deyil. Burada əvəzedilməz futbolçu yoxdur, meydana kim çixirsa çıxsın yalnız qələbə üçün çalışır. İnanıram ki, mövsümün sonunda komanda yoldaşlarım mənsiz belə çempionluq kubokunu qaldıracaqlar.

- İcarə müddəti bitdikdən sonra yəqin ki, “Neftçi”yə qayıdacaqsan

- İcarə müddəti bitdikdən sonra yenidən “Neftçi”yə qayıtmağı düşünürəm. Təbii ki, bu, mənim necə formada olmağımdan da asılıdır. Bildiyimə görə BƏƏ-nin daxili çempionatı da maraqlı və gərgin keçir. Çalışacağam ki, bura qayıtdıqdan sonra “Neftçi”yə daha faydalı olum. İnanıram ki, bu il azarkeşlərə avrokuboklardan qalan borcumuzu gələn il qaytaracağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail