"Rəqibin zəif yerin tapmaq çətin idi"

01.08.2013 | 5285 dəfə oxunub

"Qarabağ" əzmkar oyunla "Gefle"yə 1:0 hesabıyla qalib gəldi. Stadium.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunu belə dəyərləndirdi:"Çox ağır oyun oldu. Belə ağır oyunun sonuna qol vurmaq bizim üçün xoşdur. Çox çətin rəqib idi. Komandanın zəif yerin tapmaq çətin idi. Sadəcə bizdə biraz soyuqqanlıq çatmadı. Biz getdikcə öz oyunumuzu tapırıq və zamanla daha yaxşı olacaq. Uşaqlar sona kimi oynamağa imkan vermədilər və qələbəyə inandılar. Gözəl qol vurduq, indi bizi səfərdə çətin oyun gözləyir. Məncə onlar cavab oyununda tam fərqli oyun göstərəcəklər. Səfər oyununda çox diqqətli olmalıyıq. Az vaxtımız var və çempionatda da bir oyun keçirməliyik. Bu oyunu oynasaq hazırlaşmağa vaxtımız çox az olacaq.

Oyun gedə gedə fikirləşirdim ki, Gelaşvilini niyə oynadırsan sualı mənə çox veriləcək. Onun karyerasına baxın, sıradan bir futbolçu deyil. O da bunları başa düşür, özünə də təsir edir. Biz onun usdalığını bilirik və inanırıq ki, düzələcək. 

Mən oynaya bilmərəm indi, uşaqlar daha hazırlıqlıdır, özləridə oynayır. Mən əlimdə olan futbolçulardan maksumum istifadə etdim. Vüqarın birdən birə sıradan çıxması bizim oyunumuzun sürətinin aşağı düşməsi deməkdir. Eləcə də Reynaldonun əsas heyətdə olmaması. Sadəcə bir şeyi deyim ki, çox çətin və ağır komandadır. Amma indi üstünlük bizim tərəfimizdədir. 

Mən inanmıram ki, bizim komandada xəsis futbolçu var və o, ötürmə verməkdə paxıllıq edir. Biz bəzi səhvlər də etdik, əsas odur ki, bunu bilirim və üzərində işləyirik. Komandamız hücumda olduğu zaman müdafiə olunmağı bacarırsa, kollektiv hücumlar etməyin problemi yoxdu. Müdafiənin də növləri var, bunun üzərində işləyirik. Sevindirici haldır ki, biz sona kimi oyundan düşmürük.

Transferə ehtiyac var. 4 dövrə oynanılacaq və oyunlar çoxdu. Yerli futbolçuları azaltmışıq və çətindir usda legioner gətirmək. Yerli futbolçu gətirsək, komandada olanlardan kiminsə yolun kəsmiş olacağıq. Bu oyuna kimi belə fikirlər yox idi, amma bu oyundan sonra düşünməyə başlamışq. Daha çox da orta sahəyə ehtiyac var. Bu günkü rəqib bizim daha aqressiv futbol oynamağımıza icazə vermədi. "Piast" açıq futbol oynamağa meyilli komana idi, amma "Gefle" belə etmədi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail