Abdulbari Gözəl: "Qarabağ"ın oyunundan tam razı qaldım"

01.08.2013 | 6389 dəfə oxunub

"Komandamız bu gün əla oynadı. Oyundan tam razı qaldım". Stadium.az saytına verdiyi açıqlamada bu sözləri "Qarabağ"ın prezidenti Abdulbari Gözəl deyib. Klub başqanı mərhələ adlayacaqlarına inandığını bildirib: "1:0 hesablı qələbə qazandıq. İnanıram ki, komandamız səfərdə də gözəl oyun sərgilməklə mərhələ adlayacaq. "Qarabağ" könüllərin komandasıdır, "Qarabağ" gənc nəslin komandasıdır. Bu gün çox yaxşı çıxış etdik. 90 dəqiqə boyunca meydanda üstün olan tərəf "Qarabağ" idi. Təbii ki, hesab arasındakı fərq daha böyük ola bilərdi".

A.Gözəl "Qarabağ"ın yeni transferlərindən də söz açıb: "Yeni gələn futbolçuların hamısından razıyam. Onlar komandamızın qələbəsində böyük pay sahibi oldular".

"Qarabağ" bu mərhələni keçsə, yeni transfer olacaqmı" sualını isə "Qarabağ"ın prezidenti belə cavablandırıb: "Mən Qurban Qurbanova çox inanıram. O əsl peşəkardı. Qurbanova həm məşqçi, həm də insan kimi böyük hörmətim var. Mən ona tam inanıram, bütün səlahiyyətləri də ona vermişəm. Qurban Qurbanov nə desə, o da olacaq. Lazım gəlsə, Qurban bəy istəsə, heyəti gecləndirəcəyik".

Gözəl sonda "Gefle"yə qarşı baş tutacaq cavab oyunundan da danışıb: "Cavab oyunu da gərgin alınacaq. Amma mənim komandaya inanım böyükdür. Çalışacam özüm də səfər matçını izləyim. Mən olmasam, vitse-prezidentimiz Tahir bəy komandanın yanında olacaq. İnanıram ki, səfərdə də komandamız istədiyi nəticəni qazanacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail