Qurban Qurbanov: "Əsasən qol buraxmamağa çalışacağıq"

31.07.2013 | 4587 dəfə oxunub

Sabah Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Gefle" ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, Q.Qurbanov qələbə qazanmağa çalışacaqlarını bildirib: "Rəqib son vaxtlar öz oyun üslubunu qurub. Baxmayaraq ki, bir neçə həftə bundan qabaq çempionatda uğurlu çıxış etməyiblər. Ancaq son oyunlarda onların necə komanda olduğunu gördük. “Gefle” bir neçə sistemdə oynaya bilir. Bildiyimiz hər 3 oyun üslubundan istifadə etməyi bacarırlar. Həm səfərdə, həm də öz meydanlarında yaxşı çıxış edirlər. Biz də onların oyun sisteminə uyğun hazırlaşmışıq. Ancaq rəqiblə oyuna çıxmamış onları yaxşı tanıya bilmərik. Onu bilirik ki, qol vurmağı bacaran komandadır. Çox ucaboy futbolçuları olduğu üçün ehtiyatlı olmalıyıq. İlk oyunda azarkeşlərimizin önündə qələbə qazanmağa çalışacağıq".

Təcrübəli mütəxəssis heyətdəki itkilərdən də söz açıb: "Heyətimizdə problem də var. Vüqar Nadirov zədə səbəbindən oynamayacaq. Reynaldo və Maksim də zədəlidir. Buna baxmayaraq yaxşı nəticə qazanmağa çalışağıq. Əsasən qol buraxmamağa çalışacağıq. Ancaq ilk növbədə qol vurmağa çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail