"Əgər dünya çempionatı Moskvanın “Lujniki” stadionunda baş tutacaqsa..." Müsahibə

30.07.2013 | 3977 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli çalışdırıcı Moskvada keçiriləcək atletika üzrə dünya çempionatı ilə bağlı sualları cavablandırıb.

- Əgər dünya çempionatı Moskvanın “Lujniki” stadionunda baş tutacaqsa, idmançılarımızı dəstəkləməyə və xarici ulduzlara baxmağa mütləq gələcəyəm.

- Yarışda hansı növləri görmək istəyirsiniz?

- Hər kəs əfsanəvi yamaykalı sprinter Useyn Boltu izləmək istəyir. Mən də həmçinin onun yarşına baxmağı xoşlayıram. O, 100, 200 və estafet 4x100 m məsafəni yaxşı qaçır. Əgər final qaçışına bilet tapılmasa, start oyuna gəlmək olar. Kişilərin hündürlüyə tullanması yarışında da əla intriqa nəzərdə tutulur. İvan Uxov Olimpiya çempionudur və yaxın vaxtlarda ukraynalı Boqdan Bondarenko da 241 sm hündürlüyə yüksəlməklə nailiyyət əldə edib. Onlar avqustun ortasına qədər hazır ola biləcək?

- Siz əvvəl atletika üzrə yarışlarda olmusunuz?

- Bəli, MOİK-in manejində “Rus qışı” yarışında. Belə turnirlərə daim televizordan baxıram. Kişi və qadınlar arasında keçirilən sprint çox xoşuna gəlir. Hoppanma intizamlarını izləməyə xoşlayıram. Olimpiya oyunlarında yüngül atletika yarışlarına baxıram.

- Atletlərdən kimləri tanışsınız?

- Sabiq atletlərlə yaxşı ünsiyyət saxlayıram. Hazırda televiziya şərhçisi işləyən İolanda Çeni deyə bilərəm. O, futbolu yaxşı anlayır. Bir neçə dəfə tədbirlərdə Serqey Bubkoyla futbol haqda danışırdılar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail