Mahir Şükürovla Bruno Bertuççi aralarındankı mübahisədən danışdılar

26.07.2013 | 4612 dəfə oxunub

“Çox istəyirdik ki, sevinən tərəf biz olaq. Bunun üçün də əlimizdən gələni etdik. Lakin təəssüf ki, alınmadı”. Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin rəsmi saytına açıqlamasında komandanın üzvü Mahir Şükürov deyib.

Vitse-kapitan Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna 0:1 hesabı ilə uduzduqları oyunda braziliyalı komanda yoldaşı Bruno Bertuççu ilə aralarında yaranmış gərginliyə aydınlıq gətirib: “O ki qaldı Bruno ilə aramızda yaranmış gərginliyə, bu, oyunun nəticəsindən irəli gəlirdi. Biz bir ailəyik, aramızda heç bir problem ola bilməz”.

Bruno Bertuççi də Mahirlə mübahisəni gərginliyin nəticəsi sayaraq, artıq aralarında heç bir problemin olmadığını söyləyib: “Mərhələ adlayacağımıza inanırdıq. Amma təəssüf ki, bunu həyata keçirə bilmədik. Sanki bəxt bizdən üz döndərmişdi. Qol vurmaq, nəticə göstərmək istəyi alınmayanda gərginlik artır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail