"Qarabağ"ın rəqibini yaxından tanıyaq

26.07.2013 | 6521 dəfə oxunub

Avroliqanın III təsnifat mərhələsində "Qarabağ" İsveçin "Gefle" klubu ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, "Gefle" Norveçin ən yaşlı klublarından biri hesab olunur. Komandanın əsası 1882-ci il, dekabrın 5-də qoyulub.

2006-cı ildə İsveç kubokuna yiyələnən "Gefle", 2004-cü ildə də ikinci liqada çempionluq yaşayıb. Cari mövsüm "Gefle"nin avrokuboklardakı üçüncü çıxışıdır. Avrokuboklarda 2006-cı ildə debüt edən "Gefle" UEFA Kubokunun ilk mərhələsində Uelsin TNS klubuna uduzaraq (1:2) mübarizəni dayandırıb. 2010-2011 mövsümündə yenidən UEFA kubokunda iştirak edən İsveç klubu ilk mərhələdə Farer adalarının "Runavik" klubunu mübarizədən kənarlaşdırsa da (4:1), ikinci mərhələdə Tbilisi "Dinamo"su qarşısında aciz qalıb - 2:4. Cari mövsümdə komanda əvvəlcə "Narva Trans"ı (8:1), daha sonra isə "Anortosis"i (4:3) mübarizədən kənarlaşdırıb.

Komanda ev oyunlarını "Stromvallen" arenasında keçirir. Stadionun tamaşaçı tutumu 7302 nəfərdir. Klubun prezidenti Leif Lindstrand, baş məşqçisi isə Per Olssondur. Son mövsümdə "Gefle" İsveç çempionatında 11-ci yeri tutub. Cari mövsümdə isə komanda 16 turda cəmi 2 qələbə qazanmaqla 14 xal toplayıb və 12-ci pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail