Avroliqa: tamam yoxsa davam?

25.07.2013 | 5384 dəfə oxunub

Azərbaycanı Avropa Liqasında təmsil edən futbol klubları bu gün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına çıxacaq. İlk mərhələni "birnəfəsə" keçən klublarımızın bu dəfə vəziyyəti o qədər də yaxşı deyil. Düzdür, "Qarabag" ilk oyunda Polşanın "Piast" klubuna 2:1 hesabıyla qalib gəlib. Amma bu axşam Polşada keçiriləcək matçda meydan sahiblərinin vuracağı bir cavabsız "qol Qarabağ"ı Avroliqadan kənarlaşdıra bilər.

İsraildə "Makkabi Hayfa"ya və Norveçdə "Tomse"yə 2 cavabsız qolla uduzan "Xəzər Lənkəran"la "İnter"in vəziyyəti isə daha çətindir. Ümid edək ki, klublarımızın avrokubok macərası belə tez bitməyəcək və ən pis halda bir təmsilçimiz növbəti mərhələyə yüksələcək.www.etopaz.az

Avroliqanın digər oyunları kimi Azərbaycan klublarının da çıxışına bu günkü proqramda yer verib. Proqnoz həvəskarları saat 21-də "Bayıl Arena"da başlanacaq "İnter" - "Tromse" matçına həm tək oyun kimi, həm də canlı mərc edə bilər. Bu görüşdə komandamızın qələbəsi 2.1, heç-heçə 3.2, "Tromse"nin qələbəsi isə 2.8 əmsalla dəyərləndirilir.

Oyun zamanı canlı mərcə qoşulanlar isə təbii ki, matçın gedişindən asılı olaraq dəyişən əmsallarla mərc edəcək. Saat 21-də başlanacaq digər qarşılaşma - "Xəzər Lənkəran" - "Makkabi Hayfa" görüşü isə "ikili oyunlar" kateqoriyasına daxil edilib. Bu dueldə "Xəzər"in qələbəsi 3.2, heç-heçə 3.3, "Makkabi Hayfa"nın qələbəsi isə 1.85 əmsalla dəyərləndirilir.

Polşada keçiriləcək "Piast" - "Qarabağ" oyunu daha tez - saat 20:30-da başlanacaq. Bu qarşılaşma da "ikili oyunlar" kateqoriyasına aiddir. www.etopaz.az bu matç üçün əmsalları belə müəyyənləşdiirib: "Piast"ın qələbəsi 1.8, heç-heçə 3.4, "Qarabağ"ın qələbəsi 3.3.

www.etopaz.az Avroliqadakı bütün təmsilçilərimizə uğur arzulayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail