AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

25.07.2013 | 3795 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov klub nümayəndələri ilə görüşüb. Stadium.az xəbər verir ki, görüş AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi məqsədilə təşkil olunub. Əvvəlcə bu ilin mart ayında pilot layihəsi kimi keçirilmiş U-19 liqası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azercell U-17 Liqada çıxış edən futbolçuların mütəmadi olaraq futbol oynaya bilməsi üçün daha yüksək yaş qrupuna aid liqanın yaradılması vacibdir. Çıxış edən "Neftçi", "Qarabağ", AZAL, "Qəbələ", "Rəvan" klublarının nümayəndələri və digər iclas iştirakçıları U-19 Liqasının yaradılması ideyasını dəstəkləyib və bunun ölkə futbolunun inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Klublar tərəfindən U-19 Liqası ilə yanaşı U-19 Kubokunun təşkil olunması təklifi də irəli sürülüb.

AFFA-nın U-19 Liqasının yaradılması ilə bağlı məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail