Toşak: "Xəzər Lənkəran"da çətin bir vəzifəni öhdəmə götürmüşəm" Müsahibə

23.07.2013 | 4654 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Fənərbaxça" ilə yoldaşlıq oyunundan öncə Türkiyənin "Sabah" qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Qalatasaray" və "Fənərbaxça"nın Avropa macərasını izlədinizmi?

- Bəli. Fatih Terim üçün keçən mövsüm uğurlu oldu. Bilirsiniz ki, Fatih  "Qalatasaray"da böyük bir yol qət etdi. "Real"a (Madrid) qarşı 1/4 finalda oynadı. Bu, "Qalatasaray" üçün çox yaxşı nəticə idi. "Fənərbaxça" da yaxşı uğur əldə etdi. Finalı son oyunda əldən verdilər. Əslində mən bu uğurları "Beşiktaş"da da görmək istəyirəm.

- Türkiyənin üç böyük klubundan təklif gəlsə, bura dönməyi düşünərsiniz?

- İndi "Xəzər Lənkəran"dayam və çətin bir vəzifəni öhdəmə götürmüşəm. Klubumla bir illik müqaviləm var və buradan ayrılmaq həqiqətən asan deyil. Azərbaycandakı insanlar çox yaxşıdır. Burada xoşbəxtəm. Ancaq gələcəkdə nələrin olacağını bilmərik. Hələlik burdayam.

- "Fənərbaxça" və "Beşiktaş"ın UEFA-dan aldığı cəzalar barədə nə deyə bilərsiz?

- Cəzalardan xəbərim var. Ümid edirəm ki, türk futbolu üçün ən yaxşı qərar çıxararlar. Mən Türkiyədə olduğum müddətdə danışılmış oyunlarla bağlı heç bir hala rast gəlməmişəm. Birinin birinə pul verdiyini də görmədim.

- Siz Türkiyədən ayrıldıqdan sonra, futbolumuzun inkişafını təqib edə bildinizmi?

- Əslində yaxşı təqib etdiyimi deyə bilmərəm. Çünki oradan 14 il əvvəl ayrılmışam. 1997-1999 mövsümlərində Türkiyədə oldum. Mən oradaykən Türk futbolu  çox yaxşı bir dönəmdə idi. "Qalatasaray" o zamanlar çox güclü idi. Fatihin rəhbərliyi ilə UEFA Kubokunu qazandılar. Türkiyə milli komandası da çox güclü idi və dünya üçüncüsü oldu. Hazırkı yığma o qədər güclü deyil. Türkiyədə, "Beşiktaş"da xoşbəxt idim. Hərçənd türk jurnalistlərlə bir iki problemim vardı. Amma "Real" (Madrid) kimi bir komandadan sonra "Beşiktaş"da, o stadionda olmaq çox gözəl idi. "Qalatasaray"a qarşı qazanmış olduğum kubok çox əhəmiyyətli idi və böyük bir an idi.

- Türkiyədən heç təklif aldınızmı?

- Bir neçə dəfə telefonuma zənglər gəldi, amma  çox ciddi təkliflər deyildi. Hansı komandalar olduğunu açıqlamaq istəmirəm. Çox insanla görüşdüyümü deyə bilmərəm. Sabiq prezident Sərdar Bilgili ilə bura gəlmədən əvvəl görüşdüm. Türkiyədən ayrılmağım çox vaxt keçib. Buna görə də əlaqələr kəsildi.

Əgər "Beşiktaş"da olmusunuzsa, "Fənərbaxça" və "Qalatasaray"a hörmət eşidərsiniz. Amma mənim üçün" Fənərbaxça" və "Qalatasaray haqqında düşünmək çox çətindir. Onlara  böyük hörmətim var. Böyük klublardır və möhtəşəm tərəfdarları var. Amma Türkiyədə mənim komandam "Beşiktaş"dır və həmişə də "Beşiktaş"lı olacağam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail