"Yeni mövsümdə də iddiamızı ortaya qoyacağıq" Müsahibə
Ötən mövsüm “Simurq”un müdafiə xəttinin dəyişilməz isimlərindən olan Dilaver Zrnanoviç müqaviləsinin müddəti başa çatdığına görə komandayla yollarını ayırmışdı. Stadium.az xəbər verir ki, ancaq məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağrılan bosniyalı futbolçu Zaqatala təmsilçisi ilə yeni müqavilə imzaladı. Klubun rəsmi saytına müsahibə verən təcrübəli müdafiəçi “sarı-qara”ların hazırlığı və “Simurq”a qayıtmağı haqqında sualları cavablandırıb.
- Hazırlıq necə gedir?
- Bir
neçə gündür ki, düşərgəyə qoşulmuşam. Yeni heyət formalaşdırılır. Çoxlu gənc
futbolçular transfer edilib. İnanıram ki, mən daxil olmaqla, Anderson, qapıçı
Pavel, Ruslan, Polyak kimi bir neçə təcrübəli oyunçularla yanaşı, gənc
futbulçularla yeni mövsümə var gücümüzlə hazırlaşacayıq. Yaxşı komanda formalaşdırıb
və hazırlaşıb, yeni mövsümdə də iddiamızı ortaya qoyacayıq. Hazırda hər şey
qaydasında gedir. Gündəlik məşqlərimizi edib, mövsümün başlamasını gözləyirik.
- Düşərgəyə
qoşulduğun günün səhərisi “Olimpiakos”la yoldaşlıq görüşündə start heyətdə
meydana çıxdın və qol vurdun. Bu barədə nə deyə bilərsən?
- Düzü
həmin görüşə tam hazır deyildim. Çünki gecə gəlmişdim və komanda ilə birlikdə
yalnız səhər isinmə hərəkətlərində iştirak etmişdim. Ondan əvvəlki bütün gün
hava limanında olmuşdum. Bir balaca ayaqlarımda ağırlıq hiss edirdim. Ancaq
buna baxmayaraq əsas heyətdə oyuna çıxdım. Rəqibimiz isə sıradan bir komanda
deyildi. Sonunçu ölkə çempionudur. Yunanıstan Bosniya ilə Dünya Çempionatının
seçmə qrup mərhələsində eyni qrupda olduğundan onların futbolçuları haqqında
məlumatım var idi. Yığmada oynayan əksər futbolçular “Olimpiakos”un şərəfini
qoruyur. Həmiçinin digər ölkələrində yığma üzvləri bu komandada oynayır. Ancaq
buna baxmayaraq onlara qarşı yaxşı oynadıq. O ki qaldı qola, elə oldu ki,
bəxtim gətirdi və düzgün mövqe seçmişdim. Nəticədə, qabağıma düşən topu qapıdan
keçirdim.
- Necə
oldu ki, “Simurq”a qayıtmağa razı oldun?
- Mövsümün
bitməyinə az qalmış artıq klub rəhbərliyi ilə danışıqlara başlamışdım. Həmçinin
baş məşqçidə məni komandada yenidən görmək istədiyini demişdi. Həm klubun
meneceri, həm də prezindentlə bu barədə söhbətimiz olmuşdu. Bəzi detallar var
idi ki, onları razılaşdırmaq lazım idi. Onları qaydasına qoyduqdan sonra
yenidən “Simurq”a qayıtdım. Lakin şaiyələr çıxmışdı ki, guya “Qəbələ”ylə və ya
hansısa Azərbaycan klubları ilə danışıqlar aparıram. Ancaq bütün bunlara fikir
vermirdim. Prinsipcə sərbəst futbolçu idim. Kimləsə müqavilə imzalasaydımda,
heç kəslə danışıqlar aparmazdım. Düzü bir neçə təkliflərim də var idi. Ancaq
bunlara fikir vermədim və seçimimi “Simurq”dan yana etdim. Artıq rəsmi
müqaviləyə imza atmışam. Burda özümü evimdəki kimi hiss edirəm. Həm klub
rəhbərliyini, həmdə məşqçilər korpusunu yaxşı tanıyıram. Dostum olan komanda
yoldaşlarım burdadır. Bu baxımdanda istəyim “Simurq”da qalmaq idi və bunu
etdim. Yenidən doğma komandamdayam və hazırlıqları davam etdirirəm.
- Bizi
qarşıda çətin mövsüm gözləyir. Bu haqda nə deyə bilərsən?
- Düşünürəm
ki, hələ vaxtımız var. Fikrimcə bizə daha bir və ya iki təcrübəli futbolçu lazımdır.
Həm hücum xəttini, həm də mərkəzi gücləndirməliyik. Əlbəttə, məşqçilər bunu
məndən daha yaxşı bilir və onların işinə qatışa bilmərəm. Onlar məşqlərdə
görürlər ki, kim daha yaxşı hazırlaşır və oynaya bilər. Düz qeyd edirsiz ki,
çətin mövsüm olacaq. Ancaq biz “Olimpiakos” kimi güclü rəqiblə oyunda göstərdik
ki, biz bu cür səviyyəli komandalara qarşı oynaya bilərik. Düşünürəm ki, yaxşı
hazırlıq keçdikdən və yoldaşlıq görüşlərində təcrübə topladıqdan sonra heç bir
rəqiblə oynamaq bizim üçün çətin olmayacaq. Hətta ola bilər ki, “Rəvan”la oyun
bizim üçün ağır olsun, nəyin ki, “Neftçi” və ya “Xəzər Lənkəran”la. Fikrimcə,
başdan biz oyunlara mərhələ-mərhələ hazırlaşmalıyıq. Əvvəlcə ilk rəqibimiz
olacaq “Rəvan” haqqında düşünməlik. Ondan sonra isə “Xəzər Lənkaran” və digər
görüşlər barəsində. Ötən mövsümdə heç kəs bizdən bu cür nəticə gözləmirdi. Bir
neçə tur məğlub olmadıq. Bir müddət ilk pilləni heç kəsə vermədik. Ancaq düzü
sonda göstərdiyimiz nəticədən razı qalmadım. Bu gün biz Avropa yarışlarında
oynamalı idik. Lakin idman şansı bizdən yana olmadı.
- İstirahətini
necə keçirdin?
- Mövsüm
başa çatan kimi ölkəmə qayıtdım. Çünki çox darıxmışdım. Bir müddət orda
qaldıqdan sonra Avstriyaya gəldim. Qız dostumla dəniz kənarına getdik. Yaxşı
istirahət etdikdən sonra yenidən Bosniyaya getdim. Qardaşımın toyunda iştirak
etdim. Bir neçə gündə istirahət edib, formamı itirməmək üçün məşqlərə başladım.
- Azərkeşlərimiz
sənin yenidən komandaya qayıtmağına çox sevindilər. Burdan onlara nə deyərdin?
- Futbolçu
həyatı elədir ki, bu gün burdasan, sabah başqa komandada. Əlbəttə, mövsümün
sonunda bir çox futbolçunun klubla yollarını ayırması azərkeşlərimizi üzməyə
bilməzdi. Ancaq bu “Simurq”un məşqçilərinin, prezidentinin, idarəçilərinin
işidir. Onlar seçirlər kim qalacaq, kim gedəcək. Gedənlərə karyeralarında
uğurlar arzulayıram. Lakin məşqçimizə inanıram. Bilirəm ki, o gedənlərin yerinə
elələrin seçəcək ki, komandaya gələcəkdə xeyr verəcəklər, yenidən yaxşı
nəticələr əldə edəcəyik. Azərkeşlərimizə onu deyə bilərəm ki, yeni mövsümdə
məşqçimizin yeni quracağı komanda ilə onları sevindirməyə çalışacayıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |