Klub prezidenti "Simurq"un məşqində

20.07.2013 | 4387 dəfə oxunub

"Simurq" 2013/14-cü il mövsümünə hazırlıq mərhələsinin üçüncü mərhələsini Avstriyada davam etdirir. Stadium.az xəbər verir ki, təlim-məşq toplanışının proqramına uyğun olaraq dünən yoldaşlıq görüşü keçirməyi planlaşdıran komandanın oyunu baş tutmayıb. Xəbər verdiyimiz kimi Zaqatala təmsilçisi Avstriyadakı ikinci yoxlama matçında Kiprin "APOEL" kollektivi ilə üz-üzə gəlməli idi. Lakin rəqib komandanın son anda bu görüşdən imtina etməsi, məşqçilər korpusunun planlarını dəyişib və "Simurq" günü iki məşqlə tamamlayıb.

Səhər məşqində baş məşqçi Georgi Çixradze yetirmələrini çox yormayıb. Müxtəlif isinmə hərəkətləri və "kvadrat"dan sonra qapıya zərbələrlə hazırlıq tamamlanıb.

Axşam hazırlığının əvvəlində isə fiziki təmrinlər yerinə yetirildikdən sonra məşqin əsas hissəsinə keçilib. Taktiki tapşırıqlar məşq edilib. İki qrupa bölünərək qısa və uzun ötürmələr üzərində çalışılıb. Qapıya zərbələr yerinə yetirilib. Bundan sonra isə hər hissəsi 15 dəqiqədən ibarət ikitərfli futbol oynanılıb. Məşqin sonunda isə futbolçular mövqelərinə görə bölünüb. Müdafiəçilər köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında məşq etdiyi halda, hücumçular baş məşqçi Georgi Çixradzenin nəzarətində müxtəlif ev tapşırıqları hazırlayıb, cərimə zərbələri vurub. İki saata yaxın davam edən məşq prossesi başa çatdıqdan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verib.

Komandanın dünənki məşqini düşərgəyə yeni təşrif buyuran klub prezidenti Anar Bəkirovda yaxından izləyib.

"Simurq" bu gün təlim-məşq toplanışının proqramına uyğun olaraq iki məşqlə hazırlığı davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail