Şedju "Qalatasaray"a transferindən danışdı

19.07.2013 | 4062 dəfə oxunub

Bir müddət əvvəl "Lill"dən "Qalatasaray"a transfer olunan Aurelien Şedju yeni klubu haqda danışıb. Stadium.az xəbər verir ki, Fransa mətbuatına verdiyi açıqlamada Şedju "Qalatasaray"a gəlməklə doğru bir qərar verdiyini söyləyib: "Böyük bir kluba gəlmişəm. "Qalatasaray" transfer olunmaq barədə çox düşünmədim. Menecerimə də mənə belə bir klub tapdığı üçün təşəkkür edirəm. Fransada bəziləri "Qalatasaray"ı yaxşı tanımaya bilər. Amma "Qalatasaray" həqiqətən də əla klubdur".

Yeni komanda yoldaşları haqda Şedju bunları deyib: "Komanda yoldaşlarımla yaxşı anlaşıram. Onlarla bir çox mövzular haqda söhbət edirik. Türkiyə çempionatı heç də asan liq deyil. "Qalatasaray"da xeyli sayda ulduz futbolçu çıxış edir. O səbəbdən də komandanın güclü olduğu şübhəsizdir. "Qalatasaray"da da hər kəs bir-birnə hörmət edir. "Lill"də olduğu kimi bir ailəyik. "Qalatasaray"ın azarkeşləri isə daha möhtəşəmdilər. Ümid edirəm ki, məni də çox sevəcəklər".

Xatırladaq ki, Şedju 6,3 milyon avro qarşılığında "Lill"dən "Qalatasaray"a transfer olunub. Geridə qalan müddətdə təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən müdafiəçiyə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim də böyük ümidlər bəsləyir. "İmperator" Şedjunu müdafiənin mərkəzində Semih Kaya ilə birgə oynatmaq istəyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail