"Foqts bizim komandalar üçün “uyğun” olmayan oyunçuları Azərbaycan millisinə çağırır”

18.07.2013 | 4660 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vətənində alman məşqçilərə Türkiyə milli komandalarına çağırılmayan türk əsilli futbolçuları diqqətdə saxlamağı tapşırıb. Stadium.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. "Foqts hazırda Türkiyə milliləri üçün hazır olmayan və Almaniyada yaşayan türk oyunçuları Azərbaycan millilərinə cəlb etməyə başlayıb. Beləliklə, türkiyəli məşqçilər Almaniyada istedadlı gəncləri axtardığı zaman qardaş ölkə bizim komandalar üçün “uyğun” olmayan oyunçuları Azərbaycan millisinə çağırır” - deyə məlumatda bildirilir.

"Fanatik" qəzeti yazıb ki, Foqts son olaraq “Vehen Viesbaden”də çıxış edən türk əsilli futbolçu Benhür Kayanı Azərbaycan U-16 millisinə cəlb edib. O, Bakıda keçirilən “Caspian Cup” turnirində də iştirak edib. Turnirdə yüksək səviyyəli oyunu ilə seçilən Kaya finalda  Türkiyəyə 1:4 hesabı ilə uduzduqları oyunda komandasının yeganə qoluna imza atıb.

Azərbaycan millisinə çağırılması haqda danışan B.Kaya deyib: “Türkiyə millisinə qarşı oynamaq mənim üçün çətin oldu. Bir millət, iki dövlət olduğumuz Azərbaycandan təklif gələndə fikirləşmədən qəbul etdim. İlk dəfə formasını geyindiyim komanda üçün mübarizə apardım. Berti Foqts Almaniyada mənim oyunumu izlətdirirmiş. Türkiyə millisindən bugünə qədər təklif gəlmədiyini görəndə Azərbaycanın dəvətini qəbul etdim” – deyə o vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail