Böyükağa Hacıyev: "Məndə elə barometr cihazı yoxdur ki..." Müsahibə
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev sabah Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna qarşı keçiriləcək oyundan öncə mətbuat konfransı keçirib.
- Rəqibi öyrənmişik. Məşqçilərimiz
Avstriyada yoxlama oyunlarına baxıb. Rəqibə hörmətlə yanaşırıq. Əks təqdirdə
özümüzə hörmət qoymarıq. Ənənəmizə sadiq olaraq qələbə üçün meydana çıxacağıq.
Rəqib əsasən müdafiədən oynayır. İstənilən taktikaya qarşı istənilən taktika
qoyub oynayacağıq. Biz baş sındırmayacağıq ki, rəqiblə necə oynayaq. Qoy,
“Skenderbeu” bu haqda fikirləşsin. Mənə lazım olan fiziki hazırlıq Avstriyada
verilib. Düzdür, bəzi futbolçular yorğunluğa görə hazırlıqda narazılığı vardı.
Bu, varsa, deməli, komanda hazırlaşır. Bizdə vaxt azlığı problem idi. Uzağı
20-25 gün vaxtımız vardı. Buna görə Avstriyada ilk həftədə futbolçulara istirahət
vermədim. Bəzi yoldaşlar 14-cü gündən sonra narahat idi. Çünki komanda
yorulmuşdu. Onlara dedim ki, 4-5 gündən sonra komandanı görərsiniz və vaxt
çatanda sözlərimi təsdiqlədilər. Fiziki hazırlığı düzgün verməsəydim, komanda
ötən mövsüm 50 oyun keçirə bilməzdi. Sabit oyunumuz var, rəqabət yaratmışıq.
Biz bəzi klublardan fərqli elə futbolçulara üstünlük veririk ki, bir yox, bir
neçə mövqedə oynaya bilər. Məsələn, yeni transferimiz Kardozo. O, müdafiənin
istənilən yerində, həm də dayaq yarımmüdafiəsində oynaya bilər. Həmçinin Nfor.
Yeganə aldığımız hücumçu hollandiyalıdır. Onun adaptasiya ilə bağlı problemi var.
Yeni legionerlər daha çox elastikdirlər. Ümid edirəm ki, Allah-təala sabah bizi
sizin qarşısında peşman etməyəcək.
- Start heyətini özünüz üçün müəyyənləşdirmisiniz?
- Çox şükürlər olsun ki, prezidentimiz Sadıq Sadıqovun sayəsində ötən ilki
heyəti qorumuşuq. Bir şeyi unutmayın ki, ispanlar dünya futboluna yeni səhifə
açdı. Bir sıra futbolçular daim oynadı. Bizim itirdiyimiz yeganə futbolçu
Kanalesdir. Onu gizlətmirəm ki, “köhnə qvardiya”ya üstünlük verəcəyəm. Məndə elə
barometr cihazı yoxdur ki, yeni legionerlərin nə dərəcədə adaptasiya olduğunu
ölçüm. İndi əsas heyəti deyə bilmərəm. Bu gün məşqimiz olacaq. Sabah özüm üçün
müəyyənləşdirəcəyəm.
- Deməli, Kardoso ehtiyatda qalacaq?
- Mən bunu demədim. Heyəti açıqlamayacağam. “Qarabağ”ın albaniyalı futbolçuları
Admir Teli ilə Ansi Aqolli rəqibə informasiya verib. Buna görə də mən gərək
“Skenderbeu” qarşısısa yeni “Neftçi” çıxarım.
- Ötən ilki uğurdan sonra bunu təkrarlanmağı
psixoloji gərginlik yaradır. Bunun aradan qaldırılmağı üçün məşqçilər nə edir?
- Futbolda təsadüflər olur. Ancaq bu, 1 oyun olar və daha çox istəklə
qazanılır. Ancaq təsadüfən daim yaxşı oynaya bilməzsən. Əgər bu gərginlik
yaşanacaqsa, biz məşqçilər korpusu niyə oturmuşuq? Mən komandada elə bir gərginlik
görmürəm. Futbolçulara həmişə deyirəm ki, görsəniz, Böyükağa Hacıyev qorxur,
siz də qorxun. General qorxa-qorxa ordunu döyüşə aparırsa, aparmasa yaxşıdır.
Napoleon demişkən, yaralı əsgər ölənə kimi vuruşmalıdır. Bütün futbolçularımız
komandanı arxasınca apara bilər. Biz ilk növbədə Albaniya çempionunu fikirləşməliyik.
İstəyirəm ki, idman jurnalistikası üçün də material olsun, sizlərin üzünü ağ edək.
Çalışdıq ki, ötən mövsüm Azərbaycan futbolunu Avropada biabır etməyək. Bu dəfə
daha yaxşı oyuna sizlərə qədərincə material verməyə çalışacağıq.
- Qapımıza qol vurulsa, səfərdə çətinlik
olmayacaq?
- Futbola gözəllik verən qoldur. Siz fikirləşdiyinizi 1 həftədir düşünürük
ki, ilk növbədə qol buraxmayaq, imkan daxilində çoxlu top vuraq. Albaniya kimi
ölkələrin komandalar səfərdə 0:0 oynayırsa, yaxud 0:1 hesabı ilə uduzursa, evdə
açıq futbola məcburdur. Mən də “Neftçi”yə qarşı açıq futbol oynayan komandaları
alqışlayıram. “Neftçi”nin ən güclü silahı hücumdur. Bu il müdafiəmiz fərqlidir,
ona bir az çox fikir vermişik. Müdafiəçilərimizə həddən artıq güvənirəm. Kimi
heyət qoysam, ümidləri doğruldacaq. Albaniyada oyun burdakından asan olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |