"Simurq" "Olimpiakos"la oyunun hazırlığını tamamladı

16.07.2013 | 4563 dəfə oxunub

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Simurq" günü iki məşqlə tamamladı. Stadium.az xəbər verir ki, səhər hazırlığında isinmə hərəkətlərindən sonra texniki təmrinlərə keçildi. Qısa ötürmələr və toplu çalışmalardan sonra futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun müxtəlif tapşırıqlarını yerinə yetirdilər. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlandı.

Axşam saatlarında keçirilən məşq isə xüsusən "Olimpiakos"la keçiriləcək yoldaşlıq görüşünə hazırlıq məqsədi daşıyırdı. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına yığaraq onlarla qısa söhbət elədi. Daha sonra futbolçular iki qrupa bölünərək həndbol oynadılar. Bundan sonra isə taktiki təmrinlər yerinə yetirildi. Qrup halında "kvadrat" oynadıqdan sonra isə cinahlardan hücumların təşkilinə keçildi. Cərimə meydançasına asmalar üzərində məşq edildi. Hazırlığın sonunda baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında cərimə zərbələrindən müxtəlif ev tapşırıqları hazırlandı.

Hazırlığı klubun vitse-prezidenti Aydın Rizayevdə yaxından izləyirdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail