"Beşiktaş" və "Fənərbaxça"nın yerinə Avropada oynayacaq klublar müəyyənləşdi

16.07.2013 | 5426 dəfə oxunub

UEFA Arbitraj Məhkəməsi “Fənərbaxça”nı 2, “Beşiktaş”ı isə 1 il müddətinə avrokuboklardan kənarlaşdırdıqdan sonra onların yerinə qitə miqyaslı klub turnirlərində Türkiyəni təmsil edəcək komandaların adları açıqlanıb. Stadium.az xəbər verir ki, bu klubların yerinə 2013-2014 mövsümdə Çempionlar Liqası və Avropa Liqasında fərqli komandalar mübarizə aparacaq. 

Belə ki, ötən mövsüm ölkə çempionatını 2-ci yerdə tamamlayıb, Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “sarı bülbüllər”i Superliqanı 4-cü pillədə başa vuran “Bursaspor” əvəz edəcək. 

“Beşiktaş”ın yerinə isə Avropa Liqasında “Kayserispor” çıxış edəcək. Bundan başqa, “Fənərbaxça”nı Çempionlar Liqasında əvəz edəcək “Bursaspor”un yerinə isə “Kasımpaşa” şans əldə edib. Sonuncu mübarizəyə Avropa Liqasının III təsnifat mərhələsində qoşulacaq. 

Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkü iyulun 19-da İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail