"Piast" Azərbaycana gəlməkdən qorxur

15.07.2013 | 4787 dəfə oxunub

Avroliqanın II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Piast" klubunun Bakıya səfərinin tarixi hələ də dəqiqləşməyib. Stadium.az xəbər verir ki, bu barədə klubun klubun prezidenti Yaroslav Kolodzeyçuk açıqlama verib: "İki variantı nəzərdən keçiririk. Ya oyuna iki gün öncədən səfərə çıxıb, yerli iqlimə uyğunlaşmağa çalışmalıyıq, ya da oyun günü səhər gedib, qarşılaşmadan dərhal sonra Polşaya qayıtmalıyıq. Bizim bu variantlardan birini seçməyimiz üçün vaxtımız var".

Y.Kolodzeyçuk Bakıya gec gəlmək istəmələrinin ilk səbəbi kimi paytaxtımızda hərarətin yüksək olmasını göstərib: "İlk növbədə orada futbolçularımız üçün heç də xoş olmayan iqlim mövcuddur. Bakıda temperatur çox yüksəkdi və oyun günü də elə olacaq. Bu, komandamız üçün çox pis təzyiqdir. Bu yaxınlarda mən özüm də işlərimlə əlaqədar Bakıda olmuşdum. Yaxşı oteldə qalmışdım. Fikrimcə, fərqli iqlimdə yaşayan insanlar üçün Azərbaycanda uzun müddət qalmaq çox çətindir. Bu, komandamıza əlavə çətinliklər yaradacaq. Bu məsələ ilə bağlı Polşa yığmasının sabiq baş məşqçisi Leo Beenhakkerlə də söhbət etmişik. Polşa millisi seçmə mərhələ çərçivəsində Azərbaycanla səfər oyunu zamanı bir neçə futbolçusunu məhz yerli mətbəxdən qidalandığı üçün itirmişdi. Həmin futbolçular çox pis olmuşdular, hərarəti qalxmış və onlarda ürək bulantısı baş qaldırmışdı. Sonradan bunun Azərbaycan salatından yedikləri üçün baş verdiyi müəyyən olunmuşdu. Biz də bundan çəkinirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail