"Simurq" sabah "Olimpiakos"la qarşılaşacaq

15.07.2013 | 3989 dəfə oxunub

Təlim-məşq toplanışının üçüncü mərhələsinə start verən "Simurq", dünən hazırlığı iki məşqlə davam etdirib. Stadium.az xəbər verir ki, Georgi Çixradzenin yetirmələri səhər hazırlığına fitness zalda başlayıb. İki qrupa bölünərək fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirən futbolçular, daha sonra məskunlaşdığı "Kayzer" otelinin meydançasında məşqi davam etdirib. Burada gürcü mütəxəssis yetirmələrini fiziki testdən keçirib. Sonda isə "kvadrat" və qapıya zərbələrlə səhər məşqi tamamlanıb.

Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada təlim məşqləri davam etdirən "Simurq", axşam saatlarında isə növbəti hazırlıq prosesinə çıxıb. Baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında komandanın məşqi saat yarım davam etdi. Səhər hazırlığından fərqli olaraq bu dəfə Zaqatala təmsilçisi əsasən taktiki təmrinlərdən ibarət tapşırıqlar üzərində işlədi. Toplu çalışmalar isinmə hərəkətləri ilə başladı. Daha sonra komanda topu qısa məsafələrə ötürmə və iki qrup şəklində taktiki təmrinləri yerinə yetirdi. Məşq prosesi taktiki gedişlər və qapıya zərbələrlə davam etdi. Sonda isə ikitərəfli oyunla bu günlük hazırlıq tamamlandı.

Məşqçilər korpusunun hazırlıq çərçivəsində tərtib etdiyi intensiv məşq qrafiki bu gün də davam edəcək. İyulun 16-da isə "Simurq" Avstriya toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi Zaqatala təmsilçisinin rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail