"Xəzər Lənkəran"ı İsrailə buraxmaq istəmirlər?

14.07.2013 | 4229 dəfə oxunub

İyulun 18-də Avropa Liqasının ikinci təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” problemlə üzləşib. Stadium.az xəbər verir ki, izrus.co.il saytının yaydığı xəbərə görə, Cənub təmsilçisi İsrailin Azərbaycandakı səfirliyindən viza ala bilmir. Artıq bununla bağlı XL rəhbərliyi İsrail Futbol Federasiyasına (İFF) müraciət edib.

Sayt qeyd edir ki, “Xəzər Lənkəran”a viza verilməməsinin səbəbi İsrailin Azərbaycandakı səfirliyindəki hansısa tətillə əlaqədardır. Problemlə üzləşdiyini görən “XL” İFF-dən kömək istəyib. Artıq federasiya bununla bağlı İsrailin Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıb. Məsələnin XİN rəhbərliyi ilə bu gün müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqının tələbi ilə ölkənin bir sıra ölkələrindəki, o cümlədən Ukrayna və Belarusdakı səfirliklərinin konsulluq şöbələri viza verilməsini dayandırıb. Onların arasında Azərbaycandakı diplomatik missiyanın da olması ehtimal edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail