"Rəvan" yenə AZAL-a uduzdu

14.07.2013 | 3592 dəfə oxunub

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” dünən növbəti yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, "Rəvan" AZAL və "Qaradağ Lökbatan”la görüşlərdən sonra yenə AZAL ilə üz-üzə gəlib. "Təyyarəçilər”lə ilk matç Şüvəlan qəsəbəsində baş tutmuşdusa, bu dəfə oyun "Bayıl stadionu”nda keçirilib.

"Rəvan"ın baş məşqçisi Ramil Əliyev ilk dəqiqələrdən bu futbolçuları meydana buraxıb: Lukaş Sapela - Orxan Lalayev, Yovan Vidoviç, Şəhriyar Rəhimov (k), Yamin Ağakərimzadə - Ceyhun Cavadov, Miloş Adamoviç - Elvin Həsənəliyev, Kamil Nurəhmədov, Ayaz Mehdiyev - Xuan Manuel Varea. İkinci hissədə isə Ramazan Abbasov ilə Cəmil Rəhimli meydana çıxdı.

Oyun "Rəvan"ın ərazi üstünlüyü ilə başladı. Topa sahibolmada rəqibi xeyli üstələyən "aslanlar” meydanboyu gözəl kombinasiyalar qururdu. Amma heç cür son zərbəni vurmaq olmurdu. Elvin və Kamilin cəhdlərindənm sonra top "çərçivə”dən yan keçdi. Rəqibin əks-hücumları da ara-sıra təhlükəli alınırdı. Sadəcə, Sapela da etibarlı oynayırdı. Amma fasilədən dərhal sonra AZAL ani əks-hücum sonrası Əziz Korr Nyanq ilə hesabı açdı. Bu həm də matçda vurulan yeganə qol oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail