Stepan Polyak yenidən "Simurq"da

14.07.2013 | 3954 dəfə oxunub

"Simurq" ötən mövsümün sonunda yollarını ayırdığı daha bir futbolçusunu geri qaytarıb. Stadium.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak artıq komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub. Zaqatala təmsilçisinin uğurlarında böyük pay sahibi olan təcrübəli futbolçu ilə hazırlıqdan qayıtdıqdan sonra yeni müqavilə imzalanacaq.

Məşqçilər korpusunun qərarı əsasında geri çağrılan Stepan Polyak 2012/13-cü il mövsümündə "Simurq"un heyətində 29 qarşılaşmada 2183 dəqiqə meydanda olmuş və 4 qola imza atıb. Xorvatiyalı yarımmüdafiəçi nizam-intizamı ilə də diqqətdə olub. O, forma geydiyi qarşılaşmalarda yalnız bir dəfə sarı vərəqəylə cəzalanıb.

Qeyd edək ki, Zaqatala təmsilçisi bundan öncə isə, yollarını ayırdığı Anderson Oliveyranı geri çağırıb. Türkiyədəki təlim-məşq toplanışında da iştirak edən braziliyalı müdafiəçi artıq komandayla yeni müqavilə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail