"Qələbə qazanmağımız “İnter” haqqında deyilən söz-söhbətlərə son qoydu" Müsahibə

13.07.2013 | 10784 dəfə oxunub

“İnter” futbol klubunun direktoru Natiq Məmmədov klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Öncə “İnter” komandasının UEFA Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanması münasibətilə Sizi təbrik edirik. Ümumiyyətlə, komandanın keçirdiyi hər iki oyunun nəticələrini necə qiymətləndirirsiniz?

- Təbrikə görə sağ olun. Ümumilikdə, hər iki qarşılaşmanın nəticələrini müsbət qiymətləndirirəm. Təbii ki, “İnter”in növbəti mərhələyə çıxması bizi sevindirir. Komanda uğurlu nəticə əldə etməyə nail oldu. Doğrudur, Finlandiya komandasıyla keçirilən ilk matçda qeydə alınmış nəticə planlarımıza daxil deyildi. Çünki ev oyununda rəqiblə heç-heçəyə imza atmaq cavab oyunu ərəfəsində müəyyən psixoloji gərginlik yaratmaqla yanaşı, qonaq komandaya əlavə üstünlük də verir. Amma biz çox şadıq ki, Kaxaber Tsxadadzenin yetirmələri Finlandiyadan Azərbaycan azarkeşlərini razı salacaq nəticəylə qayıtmağa müvəffəq oldular. Xüsusilə qeyd etmək istəyirəm ki, baş məşqçinin zəkası, komandanın birliyi vacib qələbənin əldə olunmasında mühüm rol oynadı. Finlandiyadan qələbə qazanmağımız “İnter” haqqında deyilən əsassız və məntiqsiz söz-söhbətlərə son qoydu. Mən klubumuzun fəxri prezidenti Cahangir Hacıyevə, prezident Georgi Nikolova göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bundan başqa, komanda direktorunun müavinləri Fərəc Əliyevin və Sərxan Həsənovun da əməyini qeyd edərdim. Təbii ki, səfər oyunu barədə Azərbaycan azarkeşlərini foto-video materiallarla təmin edən klubumuzun Mətbuat Xidmətinin əməkdaşlarının da xidmətini vurğulamaq istəyirəm. Bizi dəstəkləyən bütün insanlara təşəkkür edirəm. Xüsusilə də oyunöncəsi hazırlaşmaq üçün İsmət Qayıbov adına stadionun istifadəmizə verdiyinə görə “Neftçi” klubunun prezidenti Sadıq Sadıqova və vitse-prezidenti Tahir Süleymanova minnətdarlığımı bildirirəm. Onu da xüsusi qeyd etmək istəyirəm ki, cavab qarşılaşmasında qələbədən sonra “Neftçi” komandasının baş məşqçisi Böyükağa Hacıyev və məşqçisi Tərlan Əhmədov, klubun digər nümayəndələri zəng edərək təbrik etdilər. Buna görə, hamısına təşəkkürümü bildirmək istəyirəm.

- Komandamız ikinci mərhələdə daha ciddi rəqiblə - Norveçin “Tromse” komandasıyla qarşılaşacaq. Bilmək istərdik, rəqibi necə qiymətləndirirsin?

- Müasir futbolda zəif rəqib anlayışı yoxdur. Finlandiyanın “Mariehamn” komandasıyla keçirilən hər iki oyun dediklərimizə sübut kimi göstərmək olar. Norveç təmsilçisi barədə ümumi məlumatlarım var. 3 dəfə ölkə çempionu, 2 dəfə kubok sahibi olduğunu bilirəm. Bundan başqa, “Tromse”nin doğma divarlar arasında “Sloveniyanın “Sele” komandasına məğlub olmasına baxmayaraq səfərdə rəqibini yenməsi norveçlilərin kifayət qədər ciddi rəqib olmasından xəbər verir. Yəni “Tromse”nin iradəli və məqsədinə çatmaq üçün var gücüylə mübarizəyə atılan bir komanda olduğunu düşünürəm. Bir sözlə, “İnter”in rəqibi gücünə hörmət etməyə vadar edən komandadır və bu amil bizi Norveç təmsilçisilə oyunlara maksimum dərəcədə yanaşmağa sövq edir.

- Bildiyiniz kimi, “İnter” ikinci mərhələyə ev oyunundan başlamalıydı. Lakin UEFA yenidən dəyişikliyə getdi və komandamız növbəti mərhələyə vəsiqə uğrunda mübarizəyə Norveçdə başlamalı olacaq.

- UEFA-nın məlum qərarıyla tanışam. Oyunun keçiriləcəyi yerin dəyişdirilməsinə səbəb olan amili də bilirəm. Ali futbol qurumunun “İnter”-“Tromse” matçıyla bağlı verdiyi qərara müxtəlif prizmalardan yanaşmaq olar. Birincisi, ilk oyunun səfərdə keçirilməsi və səfər oyununda məqsədəuyğun nəticə əldə edilməsi cavab matçı öncəsində komandaya bəzi üstünlüklər verir. Ancaq “İnter”in səfərdən yenicə qayıtdığını nəzərə alsaq, UEFA-nın qərarının komandaya fiziki və psixoloji mənalarda əlavə problemlər gətirəcəyini qeyd etmək olar. Çünki cəmi 4 gündən sonra komandanın yenidən dünyanın ən şimal şəhərinə səfərə yollanması asan məsələ deyil. Təbii ki, “İnter”də peşəkar futbolçular oynayırlar, bununla belə, bu faktorları da gözardı etmək də doğru olmazdı.

- Komandanın ikinci mərhələyə hazırlıq planı barədə məlumat verməyinizi xahiş edirik.

- Dünən komanda bərpa məşqi keçirdi. Məşq prosesində əsasən “Mariehamn”la oyunda meydana çıxmayan futbolçular iştirak etdilər. Bu gün də “İnter” səhər məşqə çıxdı. Sabah komanda “Şəfa” stadionunda iki  dəfə məşq keçirməyi planlaşdırır.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail